Xəbər lenti

ABŞ prezidenti bəyan edib ki, İran hakimiyyəti öz ölkəsində “ən azı 32 min etirazçını öldürüb”.“Onları güllələyiblər və dar ağacından asıblar”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Tehran artıq Avropanı və ABŞ-ın xaricdəki bazalarını təhdid edə biləcək raketlər hazırlayıb və tezliklə ABŞ ərazisinə çata biləcək raketlərin yaradılması üzərində işləyir.

Tramp qeyd edib ki, İran saziş bağlamaq istəyir, lakin Vaşinqton hələ də “biz heç vaxt nüvə silahına sahib olmayacağıq” sözlərini eşitməyib.

“Bu problemi diplomatiya yolu ilə həll etməyə üstünlük verirəm. Amma bir şey dəqiqdir: terrorun bir nömrəli sponsoru olan dövlətə heç vaxt nüvə silahına sahib olmağa imkan verməyəcəyəm. Buna yol vermək olmaz”, - deyə o vurğulayıb.

Tramp həmçinin bildirib ki, Kosmik Qüvvələr onun “övladıdır”.




Ana səhifəyə qayıt        Baxış: 2 637          Tarix: 25-02-2026, 09:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma