“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə 650 tələbə təhsilini davam etdirir”.
Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib.
Nazir qeyd edib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və vətəndaşlarımıza xaricə getmədən aparıcı universitetlərin standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı yaradan Azərbaycan-Fransız Universitetinin (UFAZ) sentyabrın 15-də bərpa işlərindən sonra tədris binasının açılışı olub. Artıq 2 xarici tələbə öz vəsaiti hesabına burada təhsil alır: “Yerli ali təhsil müəssisələrinin akademik potensialının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi məhz yuxarıdakı prinsiplər əsasında hazırlanıb. Öncəki “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ndan fərqli olaraq yeni Proqramda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın aparıcı universitetlərində tədrisə cəlb olunması, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub”.
Paylaş: