Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Bir qəssabxanada quzulardan birinin başını kəsirlər. Digər quzu isə vaxtilə eyni tövlədə bərabər saman yediyi dostunun axan qanını laləylə müqayisə edib ətrafı bu gözəl çiçək rənginə boyayan qəssabın şəninə bir-iki ağız mələyir - Məəəəəəəə. Məəəəə. Məəəə...
Onsuz da kəsilmə zamanlarının gəldiyini düşünən ana qoyun öz dərdləri azmış kimi, bir də bu “kəlpeysər”in gic-gic mələşməsinə qulaq asmaqdan bezmiş halda dillənirlər:
-Sən doğrudan da nə baş verdiyini anlamırsan? Heç olmasa indiki vaxtda mədhiyyəçiliyindən əl çək! Boşboğazlığına salıb mələmə.
Quzu anasına cavab verir:
-Ana, mən qoyunam, amma bu mələşməyə inanacaq qədər qoyun deyiləm, bilirəm ki, ətrafı qırmızı rəngə bələyən lalə yox, qandır və bir müddətdən sonra öz qanım bu mənzərəyə əlavə rəng qata bilər. Elə buna görə də mələyirəm; birdən qəssab müəllim bu gözəl mələşmə səsimdən feyzyab olub məni daha sonrakı kəsimlərə saxlayar, digər tövlədaşlarımı bıcağın altına salar...
Ana qoyun dərindən köks ötürüb deyir:
-Ehh, mənim zavallı balam, mələməklə alnımıza yazılan taledən xilas ola bilsəydik, indi bütün dünyanı qoyun-quzu götürmüşdü. Elə bilirsən ki, ölümqabağı mələmə ənənəsini sən kəşf edibsən? Sənin kimi nə qədər ağzından süd iyi gələn quzular qəssab bıçağının altında son nəğmələrini oxuyublar. Ən yaxşısı, mələməni kəs, qabağına qoyulmuş otdan son dəfə doyunca ye. Barı öləndə də qarnıtox, əsl qoyun balası kimi öl!
Heydər Oğuz
Moderator.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar