Xəbər lenti

 

Bu gün Azərbaycanın görkəmli maarifçisi Əli bəy Hüseynzadənin doğum günüdür.

Əli bəy Hüseynzadə haqda 7 faktı təqdim edirik:

1. XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib.

2. Ə.Hüseynzadənin babası Axund Əhməd Səlyani Qafqaz şeyxülislamı olub.

3. Böyük maarifçi Əli bəy 1889-cu ildə Türkiyədə yaradılmış İttihad və Tərəqqi Partiyasının əsas simalarından, qurucuların olub. Türkiyə mətbuatında İttihad və Tərəqqi üzvlərinin mason olması haqda iddialar səslənsə də, bu fikirlər təsdiqini tapmayıb.

4. Əli bəy Hüseynzadə Azərbaycanın üçrəngli bayrağının qəbul edilməsində böyük rol oynayıb. Onun “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlətçilik düsturu kimi formalaşıb.

5. ABŞ tarixçisi Tadeuş Svetoxovski Əli bəy haqda bunları deyib:

“XX əsrin əvvəllərində türk xalqlarının kimliyini qabardan bir şəxs var idi, o da Əli bəy Hüseynzadə idi”.

6. Əli bəy 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub və burada dünya şöhrətli alim Dmitri Mendeleyevdən dərs alıb.

7. Görkəmli ədəbin üçüncü övladı Feyzavər xanımın 100 yaşı var və o, hazırda İstanbulda yaşayır.

Qeyd edək ki, Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub, 1940-cı il martın 17-də İstanbulda vəfat edib. \\Kult.az




Ana səhifəyə qayıt        Baxış: 1 249          Tarix: 24-02-2020, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma