Xəbər lenti



Londonda Səfirliyimizə hücum edilib, Azərbaycan düşmənləri bayrağımızı yerə atıblar. 

Bayrağın qüdrətli Azərbaycan dövləti, xalqı, ordusu kimi yiyəsi var, inanıram ki, ən qısa zamand cəzaları veriləcək.
İngiltərə dünyanın hər yerində barmaq rəqsi edir, səfirliyimizi niyə qoruya bilmir?
Səfirlik əməkdaşları və səfir bu məsələdə bilavasitə məsuliyyət daşıyırlar. Bayrağı qorumaq başlıca vəzifələridir. Səfirlik ərazisi Azərbaycan dövlətinin ərazisi sayılır. Döyüşənlərin - Qazi, ya Şəhid olanların uğrunda can verdikləri bayraqdır Azərbaycan bayrağı! Axı Ramil Səfərov bayrağı təhqir edənlərə nə etmək lazımdı... nümunəsini göstərmişdi. 
Bu bayraq üçün, onu bir ucalara sancmaq üçün necə-neçə qəhrəman əsgərlər şəhid olub.
Dünyanı riqqətə gətirən yeni əsgər məhfumu- AZƏRBAYCAN ƏSGƏRİ!
44 Günə bir "dövləti" yer üzündən silən ƏSGƏR!
 AND olsun üçrəngli, əzəmətli bayrağa!


 

                                    AND
      And olsun doqquz iqlimli torpağa, Araz boyu ayrılığa, Kür selinə, Savalandan Şahdağa əl eyləyən mübarizlər elinə, dünya boyda əsarətdə Əlincə böyüklükdə azadlığa!
Bu Vətən cənnətin öz bənzərində...
                Bir daşına dünya dəyməz,
                Qiymətini yadlar bilməz!
    And olsun Şərqdə ilk Demokratik Respublika quran Xalqın böyüklüyünə, ruhumuzu dirçəldən, tarix səsli himnə, Cümhuriyyət əsgərinin əbədi millət qeyrətinə, ilk şəhadətinə!
Milli ruhun odu sönməz,
                     "Bir kərə yüksələn bayraq, bir daha enməz!"
         And olsun Gəlin qayasına, Xocalıdan ərşə qalxan ah- naləyə, üzərində donmuş uşaq,  qırmızı- bəyaz qara, qara rəngə, baş əyməyən, satılmayan, tikə- tikə doğrandıqca bütövləşən, qızıl rəngli qiymətləşən, damcı - damcı göyə düşən sahibsiz kölgələrə, naməlum qəhrəmanlara!
                 Bu xalq torpaq verməz,
                "Şəhidlər ölməz, Vətən bölünməz!"
         And olsun zabit yoldaşlarını qoruyan, düşmənin polkovnik, generalını boğan əsgərin əllərinə, yenə yoldaşlarından ötrü cismini qumbara üstə, ruhunu göylərə atan əsgərin üç rəngli əzəmətinə, iki yüzü yox edən birin öz- özünə heyrətinə, el- obaya özü təskinlik verən şəhid atasının yerdən- göyə qeyrətinə, vətən- oğul sevgisinə - iki aləmə bəyaz saçdan körpü salmış şəhid anasının gözlərində hər damlası vətən boyda, ümman- ümman qüruruna!
Səkkizguşəli ulduzlar heç zaman sönməz,
                 Şəhid ruhlu bayrağımız ləkə götürməz!
ALLAHA şükürlər olsun ki, bayrağımız ucalarda dalğalanır və dalğalacacaq!





Ana səhifəyə qayıt        Baxış: 3 023          Tarix: 5-08-2022, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma