Xəbər lenti


   


Azərbaycan-Fransa ictimai-siyasi və mədəni əlaqələri XX əsrdə xüsusu tədqiqat obyektinə çevrilmiş, bu sahədə xeyli elmi-tədqiqat xarakterli məqalələr və kitablar nəşr edilmişdir. Bu siyahıda  filologiya üzrə fəlsəfə doktoru Əsgər Əliyevin “Azərbaycan Fransa mətbuatında” kitabı xüsusi yerə sahibdir.


Əvvəla onu qeyd edək ki, Əsgər Əliyev Azərbaycan-Fransa ədəbi əlaqələri üzrə tanınmış mütəxəssisdir. İkinci, uzun  illər AzərTac-ın Fransa üzrə xüsusi müxbiri kimi səmərəli fəaliyyət göstərmişdir. Nəhayət, üçüncüsü, ölkəmizdə Fransız ədəbi nümunələrinin orijinaldan tərcüməsi sahəsində ən öndə gedən tərcüməçilərdən biridir.
 Bütün bunların sayəsində ərsəyə gələn “Azərbaycan Fransa mətbuatında “kitabı özünün sanbalı və mənəvi çəkisi ilə Fransa-Azərbaycan ədəbi əlaqələrinin inkişafına xüsusi təkan vermək gücündədir.
   Kitab ayrı-ayrı başlıqlar altında toplanmış məqalələrdən ibarətdr. ”Fədəkar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər”, “Fransız şərqşünası: Lüsyən Buva Azərbaycan ədəbiyyatı haqqında”, “Lüsyən Buva   və Azərbaycan mətbuatı”, “Ceyhun Hacəbəylinin bir məqaləsi”, “Ceyhun Hacıbəylinin Azərbaycan sevdası”, “Ceyhun Hacıbəyl: İlk Müsəlman Respublikası” məqalələrində uzun axtarışların, gərgin əməyin sayəsində indiyə qədər Azərbaycan oxucusu üçün gizlin qalan məqamlar açılır, çox əhəmiyyətli məlumatlar təqdim edilir. Şübhəsiz Əsgər Əliyevin “Azərbaycan Fransa mətbuatında “ kitabı Fransa Azərbaycan ədəbi əlaqələrinə yeni bir töhfədir.




Ana səhifəyə qayıt        Baxış: 2 174          Tarix: 23-11-2022, 18:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma