
Xəbər lenti
Dünən, 19:23
Dünən, 18:23
Dünən, 15:23
Dünən, 12:50
Dünən, 11:19
Dünən, 09:09
29-05-2023, 22:36
29-05-2023, 20:22
29-05-2023, 19:28
29-05-2023, 17:18
29-05-2023, 16:25
Başda söz dayanıb, söz başında sən
Nə gözəl qurmusan bardaşı, Məmməd.
Bu dağdan çiçək dər axşama qədər,
O dağdan sübhəcən qar daşı, Məmməd.
Daş atan deyilsən bar ağacına,
Çəkilmə bu qədər dar ağacına.
Sordum qapındakı nar ağacına
Məmmədmiş ən yaxın sirdaşı, Məmməd.
Umduğun nədir bu ürəyi daşdan,
İmamı bütdəndi, mələyi daşdan.
Sən ki, çıxaransan çörəyi daşdan,
Get, yenə baltala, yar daşı, Məmməd.
Yazdığın hər sətir, hər bənd deyəcək;
Təbriz hayqıracaq, Dərbənd deyəcək.
Qədim Naxçıvanın Məmməd deyəcək
Dinsə, hər qayası, hər daşı, Məmməd.
Ay könül mülkünün tikib, quranı,
Ay halal yolçusu Ulu Turanın.
Xoş günün uzaqdan baxıb, duranı,
Ağır, çətin günün qardaşı Məmməd.
23.03.2023
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar