Xəbər lenti

   

Yazıçı publisist Hüseyn Əsgərovun “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görən  “Bu da bir ömürdü...”  adlı  yeni kitabı bu günlərdə  oxucu auditoriyasına ünvanlanıb. Bu kitab müəllifin oxucularla sayca səkkizinci görüşüdür. Yeni nəşr  70 illiyi ərəfəsində  müəllifin keçdiyi həyat yoluna, çoxşaxəli fəaliyyətinə ədəbi hesabatı, keçdiyi həyat yoluna güzgü tutmaqla yanaşı, onun cəmiyyətə baxışlarının müxtəlif sprektrlərini əks etdirərək bioqrafik xarakter daşııyır. Bioqrafik kitablar, bir şəxsin həyatını, müstəqil fikirlərini, uğurlarını və çətinliklərini təsvir edən əsərlərdir. Bu kitablar müəlliflər tərəfindən müxtəlif üslub və təcrübələrlə yazıla bilər və oxuculara müəlliflərin təsvir etdikləri şəxsin həyatı ilə bağlı daha dərin bir anlayış verməyi məqsəd edir.  Maksim Qorkinin, Lev Tolstoyun, Endrü Karneginin, Nelson Mandelanın, Ernest Heminquey və başqalarının bu janrda əsərləri həm də tarixi həqiqətlər baxımından çox qiymətlidir.

H.Əsgərov da  fikir və düşüncələrini  bu kitabda bioqrafik janrda əks etdirməyə üstünlük verib. Burada gülüş də var, qəm də, Sevgi də var, qəzəb də. Şən zarafat notları içərisində gizlənmiş nifrət də var, xüsusən bürokratizmə nifrət! Və müəllif bu illərdə rastlaşdığı neqativ halları, cəmiyyətin inkişafına təsir göstərən nöqsanları elə səmimiyyətlə tənqid atəşinə tutur ki, bir anlığa düşünürsən: Budur qərəzsiz tənqid, budur jurnalist oparetivliyi, vəzifəyə məsuliyyət hissi, sabaha cavabdehlik duyğuları. Müəllif tənqidi yazılarını həm felyeton janrında, həm satirik şeir formasında, həm də replikalarla qələmə alıb. Satira, yumor bütün kitablarında olduğu kimi bu kitabda da üstün istiqamət təşkil edir. Yazıçı üçün zəruri olan cəmiyyət həyatının, ictimai gedişatın, insanlararası münasibətlərin dərindən dərk olunub ələkdən keçirilməsi satirik düşüncənin səviyyəsi ilə müəyyən olunur.
   Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəylinin  yüksək dəyər verməsi də bu qənaətimizi təsdiqləyir: “Mən Hüseyn Əsgərovu professional bir jurnalist kimi tanıyıram. Onun Azərbaycan mətbuatında öz imzası və yeri var; Azərbaycan mətbuatının, jurnalistikasının dəyərli simalarından biridir. Həm televiziyada, həm də mətbuatda Hüseyn Əsgərov böyük işlər görüb”.
   Kitab bir ömrün  ötən dövründə yaşanan günləri, ay və illərinin  həyat salnaməsi kimi vərəqlənir. Ulu Dədə Qorqudun aforizmə çevirmiş bu kəlamını xatırlayırsan: “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Məsələ gəlimlə gedim arasında zamanın verdiyi o ömrü necə yaşamaqdadır. Gərək elə yaşayasan ki, dönüb geri baxanda o ömrün necə keçdiyinə təəssüf etməyəsən. Hüseyn Əsgərovun yeni kitabını oxuyarkən dostrumuzun təəssüf etməyəcək bir ömür yaşadığını görürük.
 Heç şübhəsiz ki, H.Əsgərov hər şeydən əvvəl, tanınmış jurnalistdir. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibət, habelə qələm vərdişlərinin yetkinliyi onun yeni kitabının da səciyyəvi xüsusiyyətləridir.

Ovqat.com

     






Ana səhifəyə qayıt        Baxış: 1 991          Tarix: 12-05-2025, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma