
Bu günlərdə tanınmış şair,”Türk ədəbiyyatına xidmət” Beynəlxaq Ədəbiyyat mükafatı, “Şahmar Əkbərzadə adına Beynəlxalq Poeziya mükafatı”, Prezident mükafatçısı Kəmaləddin Qədimin sayca on üçüncü şeirlər kitabı işıq üzü görüb.
Ovqat.com xəbər verir ki,vvəlki kitablarındakı poetik ənənələrə sadiq qalan şair “Əllərimdən bir əl tutub” adlı kitabında da əsasən lirik düşüncələrini qələmə alır, yaxın çevrəsində baş verənlərdən tutmuş qlobal məsələlərə qədər olanlar onun ilham qaynağına çevrilir.Qeyd etdiyimiz limi Kəmaləddin Qədimin mövzu dairəsi genişdir. Şair hansı mövzuya müraciət edir-etsin, ilhamı güvənini boşa çıxarmır, istədiyinə nail olur.
Kitabda şairin yüz otuzdan çox şeiri yer alıb.Bu da onu göstərir ki, şair bu gün də ilhamla yazıb-yaradır.
“Elm və Təhsil” nəşriyyatında çap olunan “Əllərimdən bir əl tutub” kitabı özünün nəfis tərtibatı ilə də diqqət cəlb edir.
Şübhə etmirik ki, yeni kitabı ilə Kəmaləddin Qədim oxucu auditoriyasın bir az da genişləndirəcək.
Paylaş: