Xəbər lenti
Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda "Qəmər Ananın qəm dünyası" adlı kitabın təqdimat mərasimi keçirildi.
Ovqat.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda AYB-nin üzvü, Prezident təqaüdçüsü, "Qızıl Qələm" və "Məmməd Araz" mükafatları laureatı Qəmər Ananın yeni kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə dövlət və elm xadimləri, yazıçı və şairlər, mətbuat nümayəndələri, oxucular iştirak edirdilər. Qonaqlar müəllifi təbrik edib, ona yeni uğurlar arzuladılar.
Xatırladaq ki, bu gün oxucularına təqdim etdiyi "Qəmər Ananın qəm dünyası" müəllifin səkkizinci kitabıdır. Şairənin bundan əvvəl "Sevdalı dünyam", "Ağrılı-acılı dünyam", "Məhəbbət qatili", "Kaş geri dönə ötən o günlər", "Dünyanın sevgi üzü", "Məhəbbətdən danışaq" və "Ürək sözə baxmır" adlı yeddi kitabı nəşr olunmuşdur.
 
Həmin tədbirdən foto görüntülər:

           


Ana səhifəyə qayıt        Baxış: 1 412          Tarix: 26-04-2017, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma