Xəbər lenti

 

Yunis Əmrə İnsitutu Bakı Türk Mədəniyyət Mərkəzində gənc şair Tural TURANın yeni işıq üzü görmüş "TANRI QAĞAYA İSMARIŞ" adlı şeirlər kitabının İMZA GÜNÜ keçirildi.

Ovqat.com-un məlumatına görə, bu gün Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, gənc şair Tural TURANın “Tanrı qağaya ismarış” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ədəbi mühitin tanınmış simaları, media nümayəndələri, gənc qələm sahibləri və şairin oxucuları bir araya gəlib.

Təqdimatı giriş sözü ilə açan gənc şair Emil Rasimoğlu Tural Turanın üçüncü kitabına qədərki ədəbi fəaliyyətinə toxunduqdan sonra “Tanrı qağaya ismarış” kitabı haqda tədbir iştirakçılarına məlumat verərək yazarın baxışı və mifik konteksdə tanrının Allah deyil, əslində Yaradanın yaratdığına iç səs ərmağanı olduğunu qeyd edib.

Sonra Yunis Əmrə İnsitutu Bakı Türk Mədəniyyət Mərkəzinin nümayəndəsi Azərbaycan ədəbi gəncliyi haqqında çoxşaxəli nitq söyləyib. Daha sonra isə gənc və orta nəsil tənqidçiləri, yazarları - Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin təsisçisi, şair-publisist Namiq Hacıheydərli, şair-publisist Namiq Dəlidağlı, TUMİB sədri Çingiz Bayramov, araşdırmaçı- jurnalist İradə Əlili və başqaları, eyni zamanda gənc yazarlardan İntiqam Yaşar, Seyran İsmayıl, Rübabə Sahib, Şahanə Müşfiq, Gülnar Səma və digərləri kitabın alt qatında yatan düşüncələr sistemi haqqında söz açıblar.

Tədbir zamanı Çinarə Ömrayın, Ülkər Dənizin və müəllifin özünün təqdimatında yeni kitabdan şeirlər səsləndirilib. Onu da vurğulayaq ki, təqdimat kitabın imzalanma mərasimi ilə başa çatıb.

Yusif Qurbanlı

       

 




Ana səhifəyə qayıt        Baxış: 1 565          Tarix: 6-05-2017, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma