Xəbər lenti

 Bu yaxınlarda tanınmış şair-publisist ,Azərbaycan Yazıçıar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şahnaz Şahinin “O SÖZƏCƏN…”adlı poetik toplusu “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüşdür. Poetik dəsti-xətti ilə seçilən şairin sayca beşinci kitabı olan bu kitabında müxtəlif mövzuda , poetik rəngarəngliyi ilə diqqət çəkən orijinal şeirləri və iki poeması toplanmışdır. Topludakı şeirlər bədii-fəlsəfi dəyər , ictimai mündəricə baxımından çağdaş poeziyamızı zənginləşdirən əsərlərdir. Orijinal poetik düşüncələri ilə oxucu marağını qazanmış şairin bu kitabını yaradıcılıq uğuru kimi səciyyələndirmək olar. Kitabın redaktoru şair Balayar Sadiqdir.




Ana səhifəyə qayıt        Baxış: 1 093          Tarix: 17-02-2018, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma