Xəbər lenti

 

Dünən istedadlı tədqiqatçı jurnalist və alim Əli Şamilin  “Ah, bu urusbaşlılar” yazısını dərc etmişdik. Bir çox ziyalılarımızın redaksiyamıza ünvanladığı məktublardan anlaşılan budur ki, yazıda qarşıya qoyulan problemlərə cəmiyyətin münasibəti birmənalı olmayıb.

İstedadlı şair, dəyərli ziyalı Surxay Qocayev də bu məsələyə laqeyd qalmayanlardandır. Şairin həmin yazının təsiri altında bu gün qələmə aldığı eyni adlı şeirini Ovqat.com oxucularına isti-isti təqdim edirik?

 

Ah, bu urusbaşlılar

 

Zatən rusca düşünüb,

Danışır öz dilində.

Şimal fikri dolaşır,

Sözündə, dəlilində.

Ah, bu urusbaşlılar.

 

Çox da qanı qanımdan,

Yad virus var qanında.

Yenə məqam gözləyir,

Gizlənibdir qınında.

Ah, bu urusbaşlılar.

 

Özü kimdir bilinmir,

Qafası rus qafası.

Batini dəyişməyib,

Dəyişib qiyafəsi.

Ah, bu urusbaşlılar.

 

Moskva vaxtı ilə,

Vurur qəlbi, ürəyi.

Haram olsun bu yurdun,

Ona düzu, çörəyi,

Ah, bu urusbaşlılar.

 

Köhnə əyyam başında,

Nastalgisi dərində.

Bəlkəni əkibdilər,

Məkə çıxıb yerində,

Ah, bu urusbaşlılar.

 

18.05.2017




Ana səhifəyə qayıt        Baxış: 1 238          Tarix: 18-05-2017, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma