Xəbər lenti

 Bir gün gözlərimi gördüm.

Güzgüsüz-filansız,
özüm öz gözümlə gördüm.
Baxdım yad gözlərin marağından,
baxdım gözlərimin intizarından...
Və gördüm çəhrayı gözlərimi!
Gördüm, gözlərim qorxdu;
bu nə rəngdi,
İlahi?!
Baxdıqca qara gözlərə
gözlərim düşdü gözümdən...
Dəyişmək istədim gözümün rəngini,
çalışıb-vuruşdum,
gözlərim əlimdə ora- bura qaçdım.
Rəng qalmadı gözlərimə çəkməyim,
rənglər dəyişdi gözlərimin rəngindən,
gözlərim dəyişmədi...
Daha səbrim tükəndi.
Ümidsiz-ümidsiz baxdım qara gözlərə,
qara gözlü adamlara və
...gördüm adamlar da baxır mənə.
Özü də həsədlə baxırlar
gözlərimin rənginə,
məni görəndə çəkdilər gözlərini niyəsə.
Bir də gözlərim gözümə sataşdı
və sevdim gözlərimi bütün gözlərin sevgisiylə..




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 4-11-2018, 23:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma