Xəbər lenti

 

Bakının 1918-ci ilin 15 sentyabr tarixində erməni-bolşevik qüvvələrindən azad edilməsinin xalqımızın müstəqil dövlətçilik tarixində müstəsna rol oynadığı şübhəsizdir.

Bəs bu tarix milli ədəbiyyatımızda öz əksini yetərincə tapıbmı?

Moderator.az-a açıqlama verən millət vəkili, professor Nizami Cəfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Elə hadisələr var ki, onlar ədəbiyyatda  öz əksini nə qədər çox tapsa da, biz deyirik ki, azdır. Bu da təbiidir. Elə hadisələr var ki, ədəbiyyat onu axıra qədər dərk etməkdə çətinlik çəkir. Çünki ədəbiyyat onun nə olduğunu bilir. Mən ədəbiyyat deyəndə şair və yazıçıları nəzərdə tuturam. Amma bunu ifadə etmək olduqca çətin və mürəkkəbdir. Ona görə də bu kimi hadisələrə hər zaman diqqət yetirilməli, onu ifadə etmək üçün yeni üslablar, üsullar tapılmalıdır.

Biz o zaman Bakını ititrə bilərdik. Bakını itirsəydik, deməli, başımızı itirəcəkdik. Sonrakı taleyimiz nə olacaqdı, bu, kimsəyə məlum deyil. Bakı uğrunda mübarizə aparmaq bu xalqın istedadıdır. Bu xalq Bakı uğrunda mübarizə apardı, onu qorudu, saxladı. Bu, o dövr idi ki, bütün dünya başını ititrmişdi.

Türk qoşunlarının Azərbvaycana gəlişi, Osmanlının dəstəyi bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Amma Azərbaycan xalqı bunu istəməsəydi, onun təbiətində bu olmasaydı, o zaman təbii ki, heç yerdən kömək gələn deyildi. Gələn kömək də bu qədər sevgi və məhəbbətlə qarşılanmayacaq, milli maraqlarımız baxımından bu dərəcədə cəlbedici olmayacaqdı.

Bu, xalqımızın müstəqil dövlət qurmaq istedadıdır. Bakısız müstəqil dövlət qurmaq mümkün deyildi”.




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 17-09-2019, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma