Xəbər lenti

 

Salyan rayonunda yaşayan tanınmış jurnalist, rayon ictimaiyyətinin 70 illik yubileyini keçirməyə hazırlaşdığı yazıçı-publisist Fəxrəddin Fərzəliyevin (Fəxrəddin Becanoğlu) 2 yeni kitabı çapdan çıxıb.

Ovqat.com xəbər verir ki, hər iki kitab sənədli povest janrında qələmə alınıb. “Taleyi tarixə dönən insan” kitabında iki sənədli povest yer alıb. Povestlərdən biri Qərbi Azərbaycanın Qəmərli bölgəsində doğulan, 50 il Salyan rayonunun Arbatan kəndində müəllim işləyən 90 yaşlı Lətif İsmayıl oğlu İmanovun həyat və fəaliyyətindən, ikinci povest isə əslən Göyçə mahalından olan, keşməkeşli həyat yolu keçən 86 yaşlı Barı Məcid oğlu Babayevin ömür yolundan bəhs edir.

      “Yaşamaq da yaşatmaq da gözəldir” adlı digər kitab isə Salyanda və eləcə də respublikamızda tanınan, sayılıb-seçilən həkimlərdən biri olan nevropatoloq Əlixeybər Əliqulu oğlu Axundovun keçdiyi şərəfli ömür yoluna işıq tutur. Müəllif bu kitabda təkcə Əlixeybər Axundovun həyat və fəaliyyətindən bəhs etməklə kifayətlənməmiş, mövzu fonunda Salyan rayonunun son 200 illik tarixinə aid araşdırma xarakterli maraqlı məlumatlar verməklə əsərin tarixi əhməyyitini daha da artırmışdır.  “Yaşamaq da yaşatmaq da gözəldir” sənədli povesti  həm Əlixeybər həkimi sevən insanlar, həm tarixlə maraqlanan oxucular, həm də həyata yeni atılan gənclərimiz üçün kifayət qədər maraqlı bilgi mənbəyidir.




Ana səhifəyə qayıt        Baxış: 1 490          Tarix: 12-11-2019, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma