Xəbər lenti

Azərbaycan ədəbiyyatına öz möhtəşəm əsərləri ilə möhür vuran Hüseyn Cavidin dekabrın 5-i vəfatının 78 ildönümü günüdür. 1941-ci ildə sürgündə, İrkutsk vilayəti, Tayşet rayonunun Şevçenko kəndində doğmalarından uzaqda gözlərini əbədi yuman azərbaycanlı şair, yazıçı və dramaturq Hüseyn Cavidin cənazəsi illər sonra doğma doğma vətəninə gətirildi, doğulduğu torpaqda torpağa tapşırıldı. Şərqin Şekspiri adını qazanmış Cavidin keşməkeşli və əzablar içində bitən həyatı ornək olduğu qədər də faciələrlə zəngindir. Bəzi müasirlərindən fərqli olaraq məddahlıqdan, qanlı rejimə yarınmaqdan uzaq olan və buna görə də amansızcasına cəzalandırılan dahi ədibin ailəsi də bu cəzadan qurtula bilməyib. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirərək gələcək nəsillərə ölməz əsərlər bəxş edib. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri kimi adını dünya tarixinə qızıl hərflərlə həkk edib. lirik şeirlərin, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olaraq ədəbiyyatımıza zəngin bir irs yadigar qoyub.“Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə misilsiz sevgisinin tərənnümü idi. Bu sujet mənim ölməz sənətkarın əziz xatirəsinə ehtiramımın kiçik bir nümunəsidir. Allah rəhmət eləsin!

Nazilə Nəriman 




Ana səhifəyə qayıt        Baxış: 1 230          Tarix: 5-12-2019, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma