
Xəbər lenti
Bu gün, 11:46
Bu gün, 10:59
Bu gün, 10:50
Bu gün, 09:30
Bu gün, 08:04
Dünən, 23:18
Dünən, 23:05
Dünən, 22:07
Dünən, 17:25
Dünən, 17:21
Dünən, 14:15
Dünən, 11:39
Dünən, 09:34
Dünən, 00:05
21-01-2021, 23:12
21-01-2021, 22:36
21-01-2021, 22:10
21-01-2021, 21:13
21-01-2021, 21:04
21-01-2021, 20:08
21-01-2021, 19:20
21-01-2021, 18:14
21-01-2021, 17:17
21-01-2021, 17:14
21-01-2021, 16:56
21-01-2021, 15:28
21-01-2021, 14:37
21-01-2021, 14:27
21-01-2021, 14:10
21-01-2021, 13:45
21-01-2021, 12:24
21-01-2021, 12:22
21-01-2021, 11:09
21-01-2021, 10:20
21-01-2021, 09:44
20-01-2021, 23:48
20-01-2021, 23:09
20-01-2021, 22:10
20-01-2021, 21:34
20-01-2021, 21:21
20-01-2021, 20:23
20-01-2021, 19:31
20-01-2021, 19:23
20-01-2021, 16:19
20-01-2021, 15:20
20-01-2021, 14:33
20-01-2021, 14:30
20-01-2021, 14:28
20-01-2021, 13:12
20-01-2021, 11:39
20-01-2021, 10:29
20-01-2021, 10:21
20-01-2021, 09:08
20-01-2021, 08:50
20-01-2021, 00:26
19-01-2021, 23:09
19-01-2021, 22:44
19-01-2021, 22:25

Ürəyimi yedi bu qəm , çağırdım,
Vətən dedim , yandı sinəm , bağırdım,
Səhər-axşam Savalandan çağırdım,
Haray ruhum , canım haray ,
Haray , Azərbaycanım haray....
Qoy son bulsun sinəndəki dərdlərin,
Bərpa olsun sərhədlərin , sədlərin,
Bütövləşsin ayrı düşən ellərin,
Millətimə ucalt saray,
Haray , Azərbaycanım haray...
Qollarımı bayrağına doladım,
Göz yaşımla torpağını suladım,
Bozqurd olub dağlarında uladım,
Ki , birləşsin o tay , bu tay,
Haray , Azərbaycanım haray ...
-0-
Tənha yalquzaq kimiyəm
Dağlarda umud gəzirəm.
Parçalanan, ayrı düşən
Böyük ulus, yurd gəzirəm.
*****
Saçlarımı rüzgar darar,
Gözüm yovşan otu arar
Dəli könül hara varar ?
Olmuşam bir qurd gəzirəm
*****
Düşmən durub sağda, solda
Yürüyürəm çətin yolda
Üstüm-başım qanlı halda
Gözüm olub dörd gəzirəm.
*****
Türküm qalıb darda , gəlin
Bu talanan yurda gəlin
Bəs hardasız , harda , gəlin
Bağrımda min dərd gəzirəm.
Ermənilər Qarabağda yeni seçki keçirdilər...
Ruh savaşır , ürək dindi,
Dözmək olmur çox çətindi,
Biz bir olaq bəlkə indi,
Hazırlanaq , vətən oğlu !
Daha bəsdi gəl , amandır,
Dağ başında ocaq yandır,
Bir haray çək sən oyandır,
Hazırlanaq , vətən oğlu !
Xəbər eylə dost-yoldaşa,
Komandanlar gəlsin başa,
Qarabağda son savaşa,
Hazırlanaq , vətən oğlu !
And
Ehey vətən oğlu dayanma orda,
Görənlər o yeri daşlayar bir gün.
Qayıdar göylərə gedən ruhlar da ,
Ruhların üsyanı başlayar bir gün.
Bir gün açılacaq qollardan qandal,
Yenə haykıracaq o susan dillər.
Bu yanan ürəklər olacaq manqal,
Ayağa qalxacaq bu yatan ellər.
Torpaq başdan-başa açacaq çiçək
Baxarsan hər tərəf aldı , əlvandı.
Sözünü bu vətən , millət deyəcək
Yenə içiləcək bütövlük andı.
Vətən
İndi hamı can dərdində...
Unuduldun yenə vətən.
Qan tökülür sərhədində
Sərhəddir bu sinə vətən.
Gecə-gündüz qurşunlanır
Sağalmır ki , yaram vətən.
Gözüm, könlüm qürurlanır
Mən səninlə varam vətən.
Daha verməm əldən-ələ
Qurumur göz yaşım vətən.
Gəldim , məni şəhid elə
Sənə qurban başım vətən.
İÇİMİZDƏ...
Yaxına , uzağa söz deyəmmirik
Nə vaxtdı qovrulur söz içimizdə.
Gözlə deyəmmirik , döz deyəmmirik
Belə dolanırıq göz içimizdə.
Çoxları kef çəkir dizdə , qucaqda,
Fikirlər sülənir küncdə , bucaqda,
Yanırıq nə vaxtdı odda , ocaqda,
Hələ tüstülənir köz içimizdə.
Ötüşmür günümüz böhtansız , şərsiz,
Ötüşmür günümüz səhvsiz , xətərsiz,
Mələklər bizlərə bizdən xəbərsiz,
Nəzarət eyləyir öz içimizdə.
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ən çox oxunanlar