Xəbər lenti
27-05-2020, 22:24


DODAQLARIN SİMFONİYASI
Bu şeirimi sən pıçılda, ilahi,
Gül qoxulu yuxusuna o qızın.
 Səndən gələn ayrılıq da, ölüm də,
 Qoy bələnsin qoxusuna o qızın.
O gözlərə özün söylə, ilahi,
Danışmasın ayrılığın dilində.
Baxışlarım gecə-gündüz can verir,
 Küləklərə gülümsəyən telində.
Havalanıb sinəmdəki misralar
Könlümdəki bu sevginin ətrinə.
Daha səndən incimirəm, ilahi,
 Verdiyin bu xoş əzabın xətrinə.
Bax, o qızın dodaqları çiyələk,
Həyat özü həyat alıb dadından.
Nə yaxşı ki, dadmamısan, ilahi,
 Allahlığın çıxacaqdı yadından.
Qəbri üstə dərdi yanır şam kimi,
Neçə-neçə talesizin, yalqızın.
Bu üşüyən ürəyimi, ilahi,
 Dur, dəfn elə, dodağında o qızın.
 
UZAT ƏLLƏRİNİ
Götür bu qərib könlümü,
Bağışlayım sənə, getsin.
 Çıxım gözünün seyrinə,
 Neçə-neçə sənə getsin.
Yanağını əzbərləyim,
Öpüş-öpüş, dodaq-dodaq.
Bir mən olum qiyamətdə,
 Bir sən, bir də tənha otaq...
Sətir-sətir döyür qələm,
Hər gün bəxtin qapısını,
İnan, çoxdan itirmişəm,
 Mən bu vaxtın qapısını.
Xəyalımdan kölgən düşür,
Sinəmdə sözün üstünə.
Həsrətdən çəkdiyim ahı,
 Qoyuram gözün üstünə.
Ürəyimi kirpiyindən,
Nə vaxtdı asıb qalmışam.
Uzat mənə əllərini
 Gözündə azıb qalmışam.
 
ADAM
Nə vaxtdır özünü gəzirsən, adam,
Gəzirsən bir belə adam içində.
 Nə vaxtdır yolunu gözləyir sənin,
 Oturub bir qərib adam- içində.
Ömründən nə qədər yolları çırpdın,
Budağı çırpılan tut ağacı tək.
Qonub budağına əcəl quşları,
 Barı bircəsini tut, şəklini çək.
İçimdə dəfn etdim mən bu şəhəri,
Əllərim batıbdır ümid qanına.
Dur söz işığında, qoy səni görüm
 Bari son umidi cagir yanına.
Hardasa bir mələk cibindən salıb,
Mənə gətirəndə bəxt kağızımı.
Qanıma batırıb öz əllərimlə,
 Ovcuma yazmışam alın yazımı.
Mən sənə gün verdim, işıq vermədim,
Haqqın var üzümə nə desən, adam.
Bu şeirin gözünə kül üfür gedək
 Nə mən adam oldum, nə də sən adam...
 
UNUTMAĞIN ƏTRİ
Dodağımda çiçəkləməz,
Bir də o qızın əlləri.
Ta könlüm dərd ocağıdı,
 Gəl, bir az qızın, əllerim.
Unutmadım saçlarımda,
Gülümsəyən barmaqları.
Ürəyimdən bir ah qopub,
 Sevindirir varaqları.
Bax, necə bələnib dünya,
Unutmağın qoxusuna.
Hər gecə daş atır ürək,
 Misraların yuxusuna.
Duz kimi səp xatirəni,
Bu yaramı ovutmağa.
Dur, gəl mənə kömək elə,
 Səni bir az unutmağa.
O əllərin pıçıltısı,
Hər gün gözlərimdən yağır.
Allah, qapını döyürəm,
 Get, o qızı özün çağır...

 

EŞQ
Ah, o qızın yanağında,
Bir körpə çiçək ağlayır.
 O diksinən öpüş yeri,
 Nə gözəl-göyçək ağlayır.
Dur, şəhid ol, göz yaşında,
Damla-damla səni yuyar.
Sərər dodağı üstünə
 İslanmış adın quruyar.
Ağrı kəsən dərman kimi,
Adını qoy dilin üstə.
Bir qonaq get xəyalina,
 Əli qonsun əlin üstə.
Yayın əcəlin gözündən,
Bu ömürdə bircə saat.
Bağışlayar, o qız üçün,
 Lap istəsən Allahı sat..
 
 QAPINI AC
Son umidin goz yasini,
Sen silirsen,ya men silim?!
 Derdlerine boyum catmir,
 Bir az eyil,veten,silim...
Kim yalani balinc-balinc,
Basinin altina atib?!
Ac qolundan , bu saatin,
 Qelebe eqrebi yatib.
Demediyim soz kimisen,
Icimi yandirir ahin.
Kimin gozune sermisen?-
 Yaman nem cekib sabahin.
Gozleri sehid koyneklim,
Bir guzguyem goz yasina.
Gotur,bir azca duz cevir,
 "Leletepe"nin basina.
Kimin cibinde gizlenib,
Sehidlerin qisas gunu?!
Dalgalanan bayraq kimi,
 Gozlerimden gel,as -gunu!
Uzaqlarin cal-cagirli,
Yaxinlarin ac-yalavac.
Heqiqet doyur qapini,
 Qorxma,veten,qapini ac!!!


Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 6-04-2020, 19:21      


Paylaş: