Xəbər lenti
Əli Şah 3 noyabr 2001-ci oldə Bakı şəhərində anadan olub. 2019 cu ildə Nizami rayonunun 220 nömrəli məktəb-litseyini bitirib, Bakı Slavyan universitetinə qəbul olub. Hal-hazırda həmin universitetin alman dili müəllimliyində təhsil alır.
 
 
 


Adam edə bilmədim

Dünya boyu düz yolu,
Doğru gedə bilmədim.
Bir adamlıq dərdimi,
Adam edə bilmədim.
 
Ən qəribə xatirə,
Qəribsədi yerini.
Geridə qoydum daha,
Düşünmürəm gerini.
 
İki gözüm ağladı,
Dərd gözümdə cüt oldu.
Ümid edib əl açdım,
Tanrı küsüb, büt oldu.

 Xoruz
 
Səni üşütməsin dünyanın dərdi,
Üşüyən adamın qəbri buz olur.
Soyuq düşüncələr ömür azaldır,
Könül üşüyəndə ölüm tez olur.
 
Buz kəsmiş  yolları bir gün azanda,
Şeir oxu qəlbə soyuq sızanda,
Şair can evindən odlar yazanda,
Bəlkə oxuyanın qəlbi köz olur.
 
Dünya isti, soyuq, elə fərqi yox,
Gözlü nə anlar ki,korun dərdi yox,
Anladım, papağın başda xeyri yox,
Səhər banlayanın başı daz olur.


Ana səhifəyə qayıt        Baxış: 2 286          Tarix: 8-07-2020, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma