Xəbər lenti

 Son günlər cəbhədə atışma səsləri daha da güclənib.Bunun müqabilində itkilərimiz də olur.Hər yeni şəhid ürəyimizdə bir ağrıya, hüznə çevrilir. Xüsusən qələm əhli bu itkilərə heç biganə qala bilmir. Tanınmış şair Sərvər Məsum dünənki itkimizlə bağlı düşüncələrini facebook səhifəsində bölüşüb. Şairin poetik ağrılarını Ovqat.com oxucuları ilə paylaşırıq.

SAVAŞ

Savaş....
Döyüş...
Hər gün atışma...
Hər gün söyüş...
Hər gün ağlaşma...
İllərdi cəbhə bölgəsindən ,
İgid ərlər ölkəsindən ,
Yurdumuzdan , elimizdən...
Çox şey çıxıb əlimizdən...
Nalə düşmür dilinizdən..
Vətən imdad gözləyir bizdən...
Sərhədlərimizdən
gəlir üzücü xəbər...
Buna bir son verin...
Hər keçən gün ,
Hər gələn gün ,
Biri-birindən betər...
Yetər qardaşım , yetər...
Bəsdi , ürəyinizdə
olsun təpər...
Bu vətənə olaq sipər...
Millət olan heç bu qədər
Şəhid verər ?....




Ana səhifəyə qayıt        Baxış: 1 169          Tarix: 18-06-2017, 09:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma