Xəbər lenti

Elmir Həsən BDU Qazax filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır. İsmayıl Şıxlı adına “Dəli Kür” ədəbi məclisinin üzvüdür. Bir çox mətbuat  orqanlarında, saytlarda yeni ruhlu şeirləri ilə çıxış edib. Biz də gənc şairə uğurlar arzulayır,  yeni şeirlərini oxucularımıza təqdim edirik.



BİR YOLLUQ SEVƏRƏM
Ötsə də günlər, aylar, illər
Hər yoldan ötən,
küləklərin əsdiyi fəsillər
gətirər ətrini burnuma sənin...
O, veyil küləklər ki, var əsən zaman anlayaram
Həyəcan var ürəyində,
 Darıxmaq var darıxmaqlarında sənin.
Küləklər də dənizlərdən öyrənər yuyunmağı,
Dalğalardansa öyrənər...
sahilə tutunmağı.
göylər guruldayaraq ağlayar,
 Səninsə ürəyin buludların yanında qalar
Bu ömürə salam verdiyimiz torpaqdan
yoğurulub laylası qəlbimizin,
çox ağlatsa da bizi gözlərimiz
amma ki, bir kövrək ürəyimiz
 gözlərimizədir ümidli.
Gülüşündən həyəcanlı olanlar,
Saçlarının kölgəsində gizlənər...
Gizlənərlər kölgəsində ruhunun!
 Gizlənər kölgəndə səsi batanlar!
Görkəmin duyğularımda günəşli səhərdir,
Sözlərinsə qulaqlarımda bir əsərdir,
İçim göynəsə belə bu tale mənimdir.
Bu taleylə çıxmışdım qarşına,
 Beləcə vurulmuşdum kirpiyinə, qaşına
Səni bir yolluq sevdim,
Bir yolluq səhərlərinə çevrildim,
Sənin darıxmaqla dolu sevginlə yaşlandım.
Hər kəsdən xəbərsiz
 Soyuq yağışlarında islandım.
BU İLKİ YAYIMIZ
Bu yay da gəlmədi qonaqlarımız,
 Yenə səssiz keçdi, səssiz yayımız.
Əvvəlki istilər də olmadı heç,
 Keçdi ömrümüzdən izsiz yayımız.

Tökdü yarpaqları erkən  budaqdan,
Küləkdi, yağışdı, seldi bu yayda.
fikrimiz, zikrimiz darıxmaq oldu,
 ömürdən bir ömür sildi bu yayda.

Yollar da bağlandı, ömür yolları,
göylər gurultusuz ,yağdı yağışı.
Günəş olsa da göy üzü, sanki
Düşdü qaranlığın yerə naxışı.
 
Hər kəs bir günlük də qocaldı bu yay,
hər kəs bir cür xəstə düşdü küləkdən,
Soldu kimlərinsə, saraldı ömrü,
 Çıxdı qarlı bir yay bu yay köynıkdən


Ana səhifəyə qayıt        Baxış: 2 061          Tarix: 29-08-2020, 16:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma