Xəbər lenti

 

Arbatdakı Mərkəzi kitab evində Nobel mükafatçısı Svetlana Alekseyeviçin bütün kitabları müsadirə olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, belarus yazıçısının kitabları bütün regionlardan yığışdırılıb. Moskva kitabxanalarında yazıçının kitablarını almaq qadağan olunub.

İstintaq komitəsinin açıqlamasına görə buna səbəb Svetlana Alekseyeviçin “Rus dünyasının şərəf və ləyaqəti haqqında yalnış məlumatlar yayması”dır.

“Onun adı Rusiyanın rəsmi düşmənlərinin arasında olacaq” – bu sözləri Dumasının vitse prezidenti Pyotr Tolstoy deyib. Onun sözlərinə görə, belarus yazıçısı Rusiyada persona non qrata elan olunub.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy vətəndaşları yazıçının bütün kitablarının yandırılmasına çağırıb: “Gəlin, bunu ibrət üçün Puşkin meydanında eləyək. Bütün dünya görsün ki, əsl incəsənət nədir, saxta təbliğat nə” – bu sözləri deyən nazir canlı efirdə yazıçının kitabını kiçik hissələrə bölüb.

Svetlana Alekseyeviç bütün bunlara belə cavab verib: “Onlar mənə rus dilində işgəncə verirlər. Onlar mənə rusca danışmağı, rus kitablarını, Tolstoyu, Puşkini, Bunini ucadan oxumağa məcbur edirlər”.




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 3-07-2017, 07:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma