Xəbər lenti

 Rusiyanın tanınmış yazıçısı Danil Qranin dünyasını dəyişib.

Kult.az xəbər verir ki, RİA yazıçının bu gecə 99 yaşında öldüyünü bildirib.

“Danil Aleksandroviç zamana və ya şəraitə uyğun yazmırdı. Özünün möhtəşəm istedadı ilə o, ilk növbədə ölkəsinin və xalqının maraqlarına xidmət edirdi”, - Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski başsağlığı mətnində yazıb.

Danil Qranin Rusiya ədəbiyyatının klassiklərindən biri olaraq qəbul edilir. Yazıçı “Naməlum şəxs”, “Axtaranlar”, “Rəsm” kimi bir çox əsərin müəllifidir.




Ana səhifəyə qayıt        Baxış: 1 032          Tarix: 5-07-2017, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma