Xəbər lenti

  

İyul ayının 15-i saat 14:00-da “Azərkitab” Kitab Təbliğatı Mərkəzində vətənpərvər şair Rizvan Cəfərlinin “Vətən məndə yaşayır” adlı kitabının təqdimatı keçiriləcək.

“Ovqat.com”un məlumatına görə, müəllif Facebook sosial şəbəkəsində olan səhifələrində paylaşım edərək bildirib ki, kitabın satışından əldə olunan vəsait yardım məqsədilə ömrünün qönçə vaxtında erməni vəhşiliyinin qurbanı olan Zəhra balanın ailəsinə sərf olunacaq.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

M. İmanquliyeva /Ovqat.com/




Ana səhifəyə qayıt        Baxış: 1 083          Tarix: 14-07-2017, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma