Xəbər lenti

 

 

 Dagılıb kənd-kəsək ..obam çatmayır..
Durum yabalaşım..yabam çatmayır..
Ay ANA..Aranda havam çatmayır..
Özümü birtəhər yıxım daglara...

O ilan eləcə əfi yıxılsın..
Nizamı pozulsun..səfi yıxılsın..
Qoy elə düşmənin evi yıxılsın..
Daglar da qalmadı..çıxım daglara..

Kimsələr bir fikir yürüdə bəlkə..
Tutub əlimizdən yeridə bəlkə..
Qarını ..buzunu əridə bəlkə...
Canımın odunu yaxım daglara..

Mən agı deyirəm..xoş avaz kimi..
Ürəyim köksümdə küskün qız kimi..
Elə bil lazımmış dərdi az kimi..
Üstəlik dag çəkdi .. dagım daglara..

A zalım, dərdimi yetişməmiş dər..
Özgəyə bənd olma..özümə göndər..
Ay ALLAH, sən özün xeyirə döndər..
Yaman ah çəkirəm..ahım daglara..

 




Ana səhifəyə qayıt        Baxış: 978          Tarix: 18-08-2017, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma