Xəbər lenti

 GÖZLƏRİNİN SALAMINI GÖZLƏDİM

Bu sevdanın son ümidini həsrətin içinə qatdım. Bölük -bölük olsada könlüm, düşüncələrimdə min sual cövlan etsədə belə, min ağrı-əzabla keçəcək ömrü göz önünə alsamda belə başına dolandım bu sevdamın, ürəyimdən silə bilmədim. Olmayacaq ümidlərlə bu sevdamla çarəsiz qaldım bilirsən, ay üzü dönüyüm. Sənin gözlərinin bir baxışla verəcəyi salamını gözlədim, məni küsdürmüş olan o gözlərinin sadəcə salamını gözlədim...gözlərim bir salamını gözlədi...

YUXULARIMIN QONAĞI SƏNSƏN

Nə yaxşı ki, bu yuxular var. Nə yaxşı ki, o yuxularıma qonaq gəlirsən nə yaxşıki...Dərdləşirəm səninlə, həsrətdən danışıb hicranıma yol alıram, gileylənirəm səndən-sənə. Səninlə ağlayıram səninlə gülürəm. Sevilirəm ...sevirəm. Dünyanın ən bəxtəvər sevdalısı oluram. Sirli boğçaya bənzər ürəyimin duyğularını açıram sənə. Nə yaşıki yuxular var. Gerçəyimdə çox-çox uzaqdasan əzizim bunu artıq anlayıram, amma yuxularımdasan, mənimləsən. Nə yaxşı ki, yuxular var, nə yaxşıkı o yuxularımın qonağı sənsən...

 BAHAR GƏLMƏDİ BAĞRI YARALI QARABAĞIMA...

Seyr etdikcə ağacların necə tumurcuqlanıb canlanmasını, körpə budaqların pöhrələnməsini könlüm həzin bir lay-lay çalırdı. O lay-layı könlüm eşidirdi, yalnız könlüm. Gözlərim dolsada yaşıllığa bürünmüş ətrafı həyəcanla seyr edirdim. Elə bir həyəcanla ki, yuxusu diksinib qaçan yuxusu diksinib qaçan illərlə xəstəliyə düçar olan bir yorğun insanın yuxu həsrətli gözləri kimi...Ağacların tumurcuqları məni çox kövrəldirdi, çox... Bu yazın da gəlişi qəlbimin kövrək telinə toxunmuşdu. Elə bu yaz buludları kimi də doldum, doluxsunub yağmura çevrildim. Elə bu düşüncələrimlə də danışırmış kimi özüm-özümə verdiyim suallarımı cavablandırmağa hövsələsiz oldum. Cavabımın da suallarla cavablandıracağıma içimdə həyəcanım var idi. Taleyinə qəriblik, ağrı-acı yazılan obama-elimə Bahar gəldimi ? Dağların enişində-yoxuşunda bənövşələr açdımı? Çaylar, bulaqlar sevgi nəğməsi ilə axdımı, çağladımı, coşdumu? Küləklər dərələrin, düzlərin yanaqlarını oxşadımı? Yox, qərib elimə-obama Bahar gəlməz, dağlarında boynu bükük bənövşə görünməz, bulaqları çağlamaz, küləkləri əsməz! Bahar gəlməz!...Bu astadan söylədiklərim əsən Bahar yelinə qarışa-qarışa ətrafa yayıldı. Ama onu mən tək özüm eşitidm.Gözlərimdə gizlənən yaş seli bir anlıq işıqlı dünyama qaranlıq şökdürdü və düşüncələrimdə çox- çox uzaqlara dikildi gözlərim, çox uzaqlara...

ƏLVİDA DEYƏN

Əlvida deyən əllərin həsrət yüklü kipriklərimin qonağı olan göz yaşlarımı silməsədə, sənə küsə bilmirəm.... Sən gedən dolaşıq yollara əllərimin kolgəsi uzanıb sənı geriyə qaytara bilməsədə, sənə küsə bilmirəm...küsə bilmirəm!

UNUDARDIM ƏZİZİM

Payız xəzəli kimi bükülmüş ürəyimi bir alsaydın şirin söhbətin sözünlə unudardım dünya boyda həsrətimi, bir təbəssüm etsəydin, bir gülümsəsəydin gözlərimdən qəmi silib sənə olan incik dolu umu-küsümu unudardım. Unudardım...Bir mərhəm dolu baxışınla təsəllim olsaydın silərdim kipriklərimə sitəm edən göz yaşlarımı unudardım xiffətimi hər şeyə yenidən başlardım...Başlardım inan ...Və unudardım olub keçənləri.Unudardım əzizim!!

GÖRƏSƏN YADINA DÜŞÜRƏMMİ HEÇ...

Səssizlikdə və sənsizlikdə qərib bir sükunət aldı dörd tərəfimi.Qərib bir hal, qərib bir duyğu, qərib bir rəngsizlik.Ruhumun məni tərk etdiyini hiss etdim.Əvvəl sən məni tərk etdin , sonra sənli rəngsiz duyğularım, daha sonra özü-özünü aldadan hisslər seli məni tərk etdi. Daha sonra, daha sonra çarəsizlikdən mən səni tərk etdim. İztirab yüklü boynuburuğ həsrətimi qərarsilığın bilməyən ünvanına buraxıb getdin.Heç geriyə baxmadan, heç könlünü dinləmədən sadəcə və sadəcə buraxdın getdin. O ünvana ki o məkana ki ora qırılmış könüllərin, incik duyğuların limanıdır.Və o məkanda o qırılmış könüllərin uzaqdan-uzağa yanıqlı gileyi duyulur- Görəsən yadına düşürəmmi heç !!!

YAĞIŞIN SƏSİ

Yağışın,damlalarının torpağa, ağaclara, yollara düşmədən yağmadan öncə səsini eşitmisənmi!...Yarpaqlara qədər gələn damla yolunun həyacanını hiss etmisənmi. Bax, o anı, o səsi bilirsən nəyə bənzədirəm ürəyin xiffətinin gözlərə qədər keçən yolluna. Dolub boşalan qəhərlənən ürək sonda çarəsiz qalaraq öz təskinliyini gözlərə təslim edir. Bax o qəhərin gözlərə qədər keçdiyi yola bənzədirəm yağışın damlaların torpağa, ağaclara,yollara yağmadan , düşmədən oncəki səsini...




Ana səhifəyə qayıt        Baxış: 1 342          Tarix: 6-09-2017, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma