Xəbər lenti

 

Gecə-gündüz bərabərləşir və ardından şimal yarımkürəsində payız fəsli başlayır. Bu il payız gəlməkdə 1 ay geciksə də, yağış, küləklə hava artıq onun gəlişini xəbər verir. Lakin payızın əlamətləri təkcə bunlar deyil.

Payız fəsli haqqında bilmədiyiniz 10 maraqlı faktı təqdim edirik:

Saç tökülməsi

İldə 4 dəfə fəsil dəyişəndə saçlarda tökülmə müşahidə edilir. Lakin saçlar ən çox payızda tökülür. Bunun sirri onların uzanması ilə bağlıdır. Belə ki, yay aylarında baş dərisini günəş şüalarından qorumaq üçün saçlar daha da sıxlaşır. Payız gələndə isə saçlar telogen dövrünə qədəm qoyur. Yəni daha az uzanır, amma çox tökülür.

İnfarkt

Miçiqan universitetinin araşdırmasına görə, payız girəndən sonra infarkt riski azalır. Bu payızda insanların 1 saat artıq yatmaları və daha az stessli olmaları ilə bağlıdır.

Dünyanın digər yarımkürəsi

Şimal yarımkürəsi bu aylarda payıza qədər qoysa da, Avstraliya və Yeni Zelandiyada payız rəsmi olaraq martın 1-dən 31-dək davam edir.

Payız olmayan yerlər

Lakin Yer kürəsində payızın müşahidə edilmədiyi yerlər də var. Ekvator və ətrafında yaşayan insanlar ömür boyu payız fəsli görmürlər.

Kişilər və qadınlar

Həm kişilər, həm də qadınların bədənində payızın gəlişi ilə hormon səviyyəsi dəyişir. Bu fəsildə hər iki cinsin bədənində testosteron hormonu ən yüksək səviyyədə olur.

Payızda doğulanlar

Payızda dünyaya gələnlər digər fəsillərdə doğulanlara nisbətən daha uzunömürlü olur.

Payıza uduzanlar

Hər hansı filmin adından payız ifadəsi olursa, o heç vaxt Oskar mükafatı ala bilmir. Digər fəsillərlə bağlı belə bir problem yaşanmır.

Ən uzun səfər

Payızda quşlar qışı keçirmək üçün yola çıxırlar. Bu səfərlərin ən uzunu köçəri quşlardan olan sumrular edib. Onlar qışlamaq üçün 1700 km yolu qət ediblər.

Yarpaqlar niyə saralır?

Payızda bəzi ağacların yarpaqları saralır və ya qızarır. Bunun səbəbi havanın soyuması ilə bağlı olaraq saplaqlardakı şəkərin bütün yarpağa yayılmasıdır.

Yaddaş güclənir

Payız aylarında dağ quşları topladıqları toxumları yüzlərlə fərqli yerdə gizlədir. Nəticədə, bu quşların beyninin hipokampus bölgəsi, yaddaş da daxil olmaqla, 30 faiz genişlənir.

Gülxar\Publika.az\




Ana səhifəyə qayıt        Baxış: 3 110          Tarix: 10-10-2017, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma