Xəbər lenti

  

Azərbaycanda hər gün yol-nəqliyyat hadisələrinin baş verməsi, hər il avtoqəzalarda yüzlərcə insanın avtoqəzalarda ölməsi və müxtəlif dərəcəli bədən xəsarəti alması uzun illərdir ölkəmiz və xalqımız üçün ən ciddi bəlalardan birinə çevrilib.
Azərbaycanda maşınlar niyə yanır? - ARAŞDIRMA (I YAZI)
Ən dəhşətlisi də odur ki, əksər nəqliyyat vasitələri və onların ayrı-ayrı hissələri müxtəlif səbəblərdən yanmaya məruz qalır və nəticədə ölkəmiz üçün böyük bir fəlakətə çevrilmiş bu yanğınlar zamanı həlak olanların və yaralananların da sayı durmadan artır. 

Ovqat.com-un məlumatına görə, Azərbaycan İnformasiya Mərkəzi və www.azim.az internet portalı bu dəfəki araşdırmasını məhz nəqliyyat vasitələrinin hansı səbəblərdən yanması məsələsinə həsr edib.
Qeyd edək ki, məqaləmizdə təqdim edəcəyimiz faktlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatları əsasında hazırlanıb. 

51 maşının mühərrikində yanğın olub
Azərbaycanda maşınlar niyə yanır? - ARAŞDIRMA (I YAZI)
Araşdırmamıza görə, bu ilin yanvarın 1-dən dekabrın 1-dək 51 ədəd nəqliyyat vasitəsinin mühərriki, mühərrik hissəsi və mühərrikinin yanar hissələri tam və ya qismən yanıb. Onlardan 42-si minik avtomobilidir. Belə ki, siyahıya 10 ədəd «Mercedes», 4 ədəd «BMW», 4 ədəd «VAZ», 4 ədəd «Opel», 3 ədəd «Chevrolet», 2 ədəd «Volkswagen», 2 ədəd «KİA», 2 ədəd «QAZ», 1 ədəd «Tofaş», 1 ədəd «UAZ», 1 ədəd «Jeep», 1 ədəd «Mitshubishi», 1 ədəd «Hyundai», 1 ədəd «Porsche», 1 ədəd «Range Rover», 1 ədəd «Audi», 1 ədəd «Daewoo», 1 ədəd «Honda», 1 ədəd «Skoda» markalı minik avtomobili daxildir. 2 ədəd «SUPERMAZ», 2 ədəd «QAZ», 2 ədəd «Ford», 2 ədəd «QAZEL» və 1 ədəd «Mercedes» markalı yük avtomobilinin, 1 ədəd «QAZEL» markalı yük avtobusunun və 1 ədəd «Hamm» markalı dişli asvaltbasan texnikanın da mühərrrikində yanğın hadisəsi baş verib.
Mühərriklərin, mühərrik hissələrinin və mühərrriklərin yanar hissələrinin yanması üzrə faktlar əsasında hazırladığımız statistikanı təqdim edirik: 

Yanvarın 1-də Bakının Xətai rayonunda «Mercedes» markalı minik avtomobili 
Yanvarın 6-da Abşeron rayonunda «BMW» markalı minik avtomobili 
Yanvarın 8-də Bakının Nərimanov rayonunda 2 ədəd «SUPERMAZ» markalı yük avtomobili 
Yanvarın 14-də Bakının Yasamal rayonunda «Tofaş» markalı minik avtomobili 
Yanvarın 17-də Zərdab rayonunda «Mercedes» markalı minik avtomobili
Yanvarın 23-də Bakının Binəqədi rayonunda «Mercedes» markalı minik avtomobili
Yanvarın 24-də Bakının Xəzər rayonunda «Chevrolet» markalı minik avtomobili 
Yanvarın 31-də Abşeron rayonunda «VAZ» markalı minik avtomobili
Fevralın 6-da Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində «UAZ» markalı avtomobil 
Fevralın 12-də Ucar şəhərində «Opel» markalı minik avtomobili 
Fevralın 21-də Bakının Səbail rayonunda «Chevrolet» markalı minik avtomobili 
Fevralın 25-də Bakının Nərimanov rayonunda «Volkswagen» markalı minik avtomobili
Fevralın 27-də Bakının Binəqədi «Opel» markalı minik avtomobili 
Martın 3-də Bakının Binəqədi rayonunda «Mercedes» markalı minik avtomobili 
Martın 12-də Lənkaran rayonunda «BMW» markalı minik avtomobili 
Martın 19-da Göygöl rayonunda «Chevrolet» markalı minik avtomobili 
Martın 31-də Astara rayonunun Təngərüd kəndində «QAZ» markalı yük avtomobili
Aprelin 10-da Bakının Suraxanı rayonunda «Jeep» markalı minik avtomobili 
Aprelin 26-da Bakının Nərimanov rayonunda «Mitshubishi» markalı minik avtomobili 
Mayın 2-də Səbail rayonunda «Hyundai» markalı minik avtomobili 
Mayın 6-da Tovuz şəhərində «Porsche» markalı minik avtomobili 
Mayın12-də Bakının Xətai rayonunda «Mercedes» markalı yük avtomobili 
Mayın 15-də Bakının Yasamal rayonunda «KİA» markalı minik avtomobili 
Mayın 15-də Bakının Suraxanı rayonunda «Range Rover» markalı minik avtomobili 
Mayın 21-də Bakının Suraxanı rayonunda «Mercedes» markalı minik avtomobili 
İyunun 2-də Bakının Yasamal rayonunda «BMW» markalı minik avtomobili
İyunun 9-da Salyan rayonunun Qarabağlı kəndində «BMW» markalı minik avtomobili 
İyunun 10-da Bakının Yasamal rayonunda «KİA» markalı minik avtomobili
İyunun 16-da Göygöl şəhərində «QAZ» markalı minik avtomobili 
İyunun 18-də Bakının Yasamal rayonunda «Ford» markalı yük avtomobili 
İyunun 23-də Bakının Yasamal rayonunda «Mercedes» markalı minik avtomobili 
İyunun 28-də Salyan rayonunun Bəydili kəndində «QAZ» markalı minik avtomobili 
İyulun 24-də Samux rayonunun Sərkar kəndində «QAZEL» markalı yük avtomobili 
İyulun 28-də Göygöl şəhərində «Opel» markalı minik avtomobili 
Avqustun 2-də Bakının Sabunçu rayonunda «VAZ» markalı avtomobil 
Sentyabrın 4-də Balakən rayonunun Katex kəndində «QAZEL» markalı yük avtomobili
Sentyabrın 12-də Bakının Binəqədi rayonunda «Mercedes» markalı minik avtomobili 
Sentyabrın 17-də Xaçmaz şəhərində «Volkswagen» markalı minik avtomobili
Sentyabrın 20-də Tovuz rayonunun Düz Qırıqlı kəndində «Audi» markalı minik avtomobili 
Sentyabrın 21-də Bakının Nizami rayonunda «Opel» markalı minik avtomobili 
Sentyabrın 22-də Bakının Xəzər rayonunda «Mercedes» markalı avtomobil 
Sentyabrın 23-də Qax şəhərində “QAZEL” markalı mikroavtobus 
Sentyabrın 25-də Bakının Yasamal rayonunda «Daewoo» markalı minik avtomobili 
Sentyabrın 27-də Şəmkir rayonunda «QAZ» markalı yük avtomobili 
Oktyabrın 2-də Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində «Mercedes» markalı minik avtomobili 
Oktyabrın 15-də Ağdam rayonunun Qaradağlı kəndində «VAZ» markalı minik avtomobili 
Oktyabrın 17-də Yevlax rayonu ərazisində «Honda» markalı minik avtomobili 
Oktyabrın 21-də Masallı rayonunun Qasımlı kəndində «VAZ» markalı minik avtomobili
Noyabrın 8-də Bakının Xəzər rayonun da «Skoda» markalı minik avtomobili
Noyabrın 23-də Abşeron rayonunun Saray qəsəbəsində «Ford» markalı yük avtomobili
Noyabrın 25-də Bakının Binəqədi rayonunda «Mercedes» markalı minik avtomobili 
Noyabrın 30-da Abşeron rayonu ərazisində «Hamm» markalı dişli asvaltbasan texnika.


49 maşının mühərrikində elektrik avadanlıqları və elektrik naqilləri yanıb
Azərbaycanda maşınlar niyə yanır? - ARAŞDIRMA (I YAZI)
Araşdırmamız nəticəsində müəyyənləşdirmişik ki, bu ilin yanvarın 1-dən dekabrın 1-dək 42 ədəd minik avtomobilinin, 2 ədəd mikroavtobusun, 1 ədəd avtobusun, 4 ədəd yük avtomobilinin mühərrikində elektrik avadanlıqları və elektrik naqilləri tam və qismən yanıb. Sözügedən nəqliyyat vasitələrindən 16-sı «Mercedes», 7-si «VAZ», 6-sı «Opel», 3-ü «BMW», 2-si «Hyundai», 1-i «Chevrolet», 1-i «UAZ», 1-i «Daewoo», 1-i «Azsamand», 1-i «KIA», 1-i Moskviç, 1-i Mitsibushi, digər1-i isə «Land Rover» markalı minik avtomobilləridir. Bunlardan əlavə, «Mercedes» və «RAF» markalı mikroavtobusların və «Ford» markalı yük avtomobilinin mühərrikində elektrik avadanlıqları, 1 ədəd «Daewoo» markalı avtobusun, 1 ədəd «KAMAZ» və 3 ədəd «UAZ» markalı yük avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. 
Əvvəlcə mühərrikində elektrik avadanlıqları yanan nəqliyyat vasitələrinin markaları, hadisələrin baş verdiyi ünvanlar və tarixlər üzrə tərtib etdiyimiz statistikanı təqdim edirik:

Yanvarın 4-də Bakının Qaradağ rayonunda «Opel» markalı minik avtomobili
Yanvarın 6-da Bakının Binəqədi rayonunda «BMW» markalı minik avtomobili
Yanvarın 9-da Şəki şəhərində avtomobil təmiri sexində təmirə dayanmış «Mercedes» markalı mikroavtobus
Yanvarın 12-də Bakının Binəqədi rayonunda «Mercedes» markalı minik avtomobili 
Yanvarın 24-də Bakının Yasamal rayonunda «Opel» markalı minik avtomobiliı
Fevralın 2-də Bakının Yasamal rayonunda «Mercedes» markalı minik avtomobili 
Fevralın 3-də Quba şəhərində «Mercedes» markalı minik avtomobili
Fevralın 20-də Şirvan şəhərində «Chevrolet» markalı minik avtomobili
Martın 22-də Gədəbəy şəhərində «UAZ» markalı minik avtomobili
Aprelin 18-də Şirvan şəhərində «VAZ» markalı minik avtomobili 
Aprelin 28-də Abşeron rayonunun Görədil qəsəbəsində «VAZ» markalı minik avtomobili
Mayın 16-da Bakının Nizami rayonunda «Mercedes» markalı minik avtomobili 
Mayın 19-da Bakının Səbail rayonunda «BMW» markalı minik avtomobili 
Mayın 21-də İmişli rayonunun Telişli kəndində «Mercedes» markalı minik avtomobili 
İyunun 14-də Hacıqabul rayonunda «Hyundai» markalı minik avtomobili 
İyunun 15-də Bakının Sabunçu rayonunda «Hyundai» markalı minik avtomobili 
İyunun 23-də Sumqayıt şəhərində «Daewoo» markalı minik avtomobili 
İyulun 3-də Bakının Suraxanı rayonunda «Opel» markalı minik avtomobili
İyulun 6-da Ucar rayonunda «VAZ» markalı minik avtomobili 
İyulun 11-də Bakının Yasamal rayonunda «Mercedes» markalı minik avtomobili 
İyulun 24-də Bakının Nizami rayonunda «BMW» markalı minik avtomobili 
İyulun 26-da Bakının Sabunçu rayonunda «Mercedes» markalı minik avtomobili 
Avqustun 2-də Gəncə şəhərinin Kəpəz rayonunda «Ford» markalı yük avtomobili 
Avqustun 13-də Sumqayıt şəhərində «Mercedes» markalı minik avtomobili 
Avqustun 19-da Bakının Nərimanov rayonunda «Azsamand» markalı minik avtomobili 
Aqustun 19-da Bakının Binəqədi rayonunda «Opel» markalı minik avtomobili 
Avqustun 25-də Tovuz şəhərində «Opel» markalı minik avtomobili
Avqustun 26-da Bakının Nərimanov rayonunda «Mercedes» markalı minik avtomobili 
Avqustun 30-da Bakının Suraxanı rayonunda «VAZ» markalı minik avtomobili 
Sentyabrın 8-də Bakının Nəsimi rayonunda «Mitsubishi» markalı minik avtomobili 
Sentyabrın 12-də Gəncə şəhərinin Nizami rayonunda «RAF» markalı mikro avtobus 
Sentyabrın 21-də Tərtər rayonunun Seydimli kəndində «VAZ» markalı minik avtomobili 
Oktyabrın 9-da Bakının Nizami rayonunda «Opel markalı minik avtomobili 
Noyabrın 2-də Bakının Sabunçu rayonunda «Mercedes» markalı minik avtomobili 
Noyabrın 3-də Tərtər rayonunun Qaradağlı kəndində «VAZ» markalı minik avtomobili
Noyabrın 19-da Lənkəran şəhərində «Moskviç» markalı minik avtomobili 
Noyabrın 20-də Lənkəran şəhərinin Şiləvar kəndində «VAZ» markalı minik avtomobili 
Noyabrın 26-da Bakının Səbail rayonunda «KIA» markalı minik avtomobili.


Mühərrikində elektrik naqilləri yanan nəqliyyat vasitələrinin markaları, hadisələrin baş verdiyi tarixlər və ünvanlar üzrə tərtib etdiyimiz statistikanı da təqdim edirik:

Martın 11-də Bakının Nərimanov rayonunda məxsus «Mercedes» markalı minik avtomobili 
Martın 14-də Bakının Yasamal rayonunda «Mercedes» markalı minik avtomobili 
Mayın 28-də Xaçmaz rayonunda «KAMAZ» markalı yük avtomobili
Avqustun 14-də Qazax rayonunda «UAZ» markalı yük avtomobili 
Avqustun 17-də Mingəçevir şəhərində vətəndaşa məxsus «Mercedes» markalı minik avtomobili 
Sentyabrın 13-də Bakının Nizami rayonunda «Daewoo» markalı avtobus 
Sentabrın 17-də Bakının Sabunçu rayonunda «Mercedes» markalı minik avtomobili
Oktyabrın 1-dən Bakının Yasamal rayonunda «Land Rover» markalı minik avtomobili 
Oktyabrın 29-da Xızı rayonunda «Mercedes» markalı minik avtomobili 
Oktyabrın 31-də Bakının Nərimanov rayonunda «Mercedes» markalı minik avtomobili 
Noyabrın 21-də Abşeron rayonunda «UAZ» markalı yük avtomobili.

Qeyd edək ki, sözügedən nəqliyyat vasitələrinin qalan hissələri yanğından mühafizə olunub. Bütün yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Onu da əlavə edək ki, iyulun 3-də Bakının Qaradağ rayonunda teplovozun mühərrikində elektrik avadanlıqları yanıb. Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


15 nəqliyyat vasitəsində idarəetmə lövhəsi, 2 maşında isə elektrik lövhəsi yanıb 
Azərbaycanda maşınlar niyə yanır? - ARAŞDIRMA (I YAZI)
Araşdırmamız zamanı müəyyənləşdirmişik ki, yanvar ayının 1-dən dekabrın 1-dək 15 ədəd nəqliyyat vasitəsində idarəetmə lövhəsi yanıb. Onların arasında 3 ədəd «Mercedes» və 3 ədəd «BMW» markalı minik avtomobili, bir yük avtomobili, «Mercedes» və «Ford» markalı mikroavtobuslar var. İdarəetmə dövhəsi yanan «Tofaş», «VAZ», «Audi», «QAZ», «Opel» və «Volkswagen» minik avtomobillərindən hər birinin sayı 1 ədəddir. 
İdarəetmə lövhəsi yanan nəqliyyat vasitələrinin markalarını, hadisələrin tarixləri və baş verdiyi ünvanlar üzrə tərtib etdiyimiz statistka belədir:

Yanvarın 10-da Yevlax şəhərində «VAZ» markalı minik avtomobili
Yanvarın 14-də Bakının Yasamal rayonunda «Tofaş» markalı minik avtomobili 
Fevralın 18-də Sumqayıt şəhərində «BMW» markalı minik avtomobili
Martın 6-da Yevlax rayonunda «Audi» markalı minik avtomobili
Martın 12-də Lənkaran rayonunda «BMW» markalı minik avtomobili
Aprelin 7-də Şabran rayonunda «QAZ» markalı minik avtomobili
Aprelin 7-də Bakının Nərimanov rayonunda «Opel» markalı minik avtomobili 
Mayın 28-də Göygöl rayonunda «Volkswagen» markalı minik avtomobili
İyunun 28-də Bakının Nizami rayonunda «Mercedes» markalı mikroavtobus
İyunun 9-da Salyan rayonunun Qarabağlı kəndində «BMW» markalı minik avtomobili
İyulun 2-də Bakının Nərimanov rayonunda «Mercedes» markalı minik avtomobili
İyulun 4-də Sumqayıt şəhərində «Ford» markalı mikroavtobus
Sentyabrın 22-də Bakının Xəzər rayonunda «Mercedes» markalı minik avtomobili 
Oktyabrın 2-də Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində «Mercedes» markalı minik avtomobili
Oktyabrın 16-da Bakının Nərimanov rayonunda yük avtomobili.

Qeyd edək ki, bütün yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azərbaycanda maşınlar niyə yanır? - ARAŞDIRMA (I YAZI)
Araşdırmamız zamanı müəyyənləşdirmişik ki, yanvar ayının 1-dən dekabrın 1-dək 2 ədəd nəqliyyat vasitəsində elektrik lövhəsi yanıb. Belə ki, yanvarın 24-də Bakının Xəzər rayonunda vətəndaşa məxsus «Chevrolet» markalı minik avtomobilində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Nəticədə minik avtomobilinin mühərrik hissəsi yanıb və elektrik lövhəsi qismən əriyib. Avqustun 19-da isə Bakının Binəqədi rayonunda «Opel» markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və elektrik lövhəsi yanıb. Hər iki fvtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb. 

(Davamı var)

Təbriz VƏFALI




Ana səhifəyə qayıt        Baxış: 3 340          Tarix: 25-12-2017, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma