Xəbər lenti

“Hazırda nə Sabir Hacıyevlə, nə də İqbal Ağazadə ilə münasibətim var. Nə onlar mənə zəng edir, nə də mən onlara. İqbal Ağazadə ilə 1999-2000-ci illərdə bir dəfə Vətəndaş Birliyi Partiyası ilə bağlı görüşümüz olub.

Səhv etmirəmsə, Sabir Hacıyevlə bir yerdə Moskvaya gəlmişdi. Həmin vaxt biz Azərbaycan məscidində görüşdük. O vaxtdan sonra İqbal Ağazadə ilə bir araya gəlib görüşməmişik. Düşünürəm ki, hər kəs öz işilə məşğuldur”.

Ovqat.com xəbər verir ki, bunu ilk dəfə olaraq Modern.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib.

Eks-prezident daha kiminləsə əlaqə saxlamağı düşünmür.

“Səhhətimlə əlaqədar  heç yerə çıxmıram. Ona görə də heç kəslə əlaqəm yoxdur. Təqaüdçü adamam. Bundan sonra kiminləsə  əlaqə saxlamağı düşünmürəm”.

Qeyd edək ki, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Ümid Partiyasının sədri İqbal Ağazadə və eks-prezident Ayaz Mütəllibov vaxtilə eyni partiyada təmsil olunublar.

 




Ana səhifəyə qayıt        Baxış: 1 092          Tarix: 11-05-2017, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma