Elman Məmmədov: “Orduya dövlət qayğısı yüksək səviyyədədir”
Qarşıdan 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü gəlir. Bəs Azərbaycan ordusunun bugünkü durumu, hazırlıq səviyyəsi hər kəsi qane edirmi? Ordumuz həqiqətən də işğaldakı torpqları qısa zamanda azad etməyə qadirdirmi?Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov ordumuzun mövcud durumunun kifayət qədər qənaətbəxş olduğunu vurğuladı:
“Azərbaycan ordusu yalnız regionun deyil, dünyanın ən güclü ordularından biridir. Bunu yalnız biz demirik. Bu, beynəlxalq hesabatlarda, qiymətləndirmələrdə də öz əksini tapıb. Azərbaycan ordusu yüksək hazırlığa malik ordu kimi torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ordumuza dövlət, dövlət rəhbərliyi tərəfindən yüksək qayğı göstərilir. Ordumuzun təminatı yüksək səviyyədədir, ən müasir silahlarla silahlanıb. Silahlı Qüvvələrimiz yüksək döyüş hazırlığına malikdir və istənilən zaman işğaldakı ərazilərimizi azad edə bilər”.
Paylaş: