Xəbər lenti


Azərbaycan tərəfi Qarabağdakı hərbi əməliyyatlar zamanı cəbhənin Füzuli rayonu istiqamətində məhv edilmiş daha 15 erməni hərbi qulluqçunun meyitinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.

Modern.az xəbər verir ki, meyitlərin təhvil proses bu gün - martın 19-da baş tutub.

Ermənistan tərəfindən verilən məlumata görə, meyit qalıqları tanınmaz halda olduğundan onların kimlikləri məhkəmə ekspertizasından sonra müəyyənləşəcək.
Beləliklə, 13 noyabr 2020-ci ildən bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən tapılmış erməni hərbçilərinə məxsus meyitlərin ümumi sayı 1518-ə çatıb






Ana səhifəyə qayıt        Baxış: 3 119          Tarix: 19-03-2021, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma