Xəbər lenti

Füzuli rayonunun Alıxanlı kəndində törədilən erməni vəhşiliyini dünyaya car çəkmək üçün Kütləvi İnformasiya Vasitələri ilə yanaşı Qeyri Hökumət Təşkilatları da fəaliyyət göstərdi. Bir çox QHT-lər bu hadisəylə bağlı  beynəlxalq təşkilatlara müraciətlər ünvanladılar, hətta petisiya belə başlatdılar. Buna baxmayaraq QHT-lər fəaliyyətlərini düzgün istiqamətdə qurmadıqlarına görə sosial mediada ittiham da olundular. Səbəb isə bəzi QHT-lərin bəyənatlarının ancaq yerli mətbuatımızda və öz dilimizdə yayımlaması, xarici dillərə çevirib beynəlxalq qurumlara, təşkilatlara, dünyanın nüfuzlu media orqanlarına göndərilməməsi oldu. 
Moderator.az QHT-lər ətrafında yaranmış bu xoşagəlməz narazılıqla bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin fikirlərini öyrənib.
Azər Həsrət bildirib ki, QHT-lər bu məsələdə ancaq xarici dillərdə fəaliyyət göstərməlidir:
“Bir sıra QHT-lər məhdud resurslarla mümkün olandan da artığını edirlər. Bəziləri isə iş görəcəkləri yerdə başqalarını ittiham etməklə gözə kül üfürürlər. Əvvəlki illərlə müqayisədə hazırda bizim QHT-lər də, media da dünya səviyyəsində hərəkətlənməyə rəvac verə bilir. Bu hadisə də istisna olmadı. Biz gördük ki, bir sıra QHT-lər doğrudan da gecə-gündüz demədən çalışdılar. Yalnız bir çatışmazlıq var ki, QHT-lərin bir xeylisi sadəcə Azərbaycan dilində fəaliyyət göstərdi ki, buna da əsla ehtiyac yoxdur. Bizə xarici dillərdə fəaliyyət lazımdır”.
Jurnalist erməni terrorunun qurbanı olan 18 aylıq körpə Zəhranın qanlı fotolarının sosial mediada yayımlanmasının birmənalı qarşılanmamasına da münasibət bildirib:
“Elə məsələlər var ki, onların işıqlandırılmasında, dünyaya tanıdılmasında bəzən istisnalara ehtiyac yaranır. Körpə Zəhra qızcığazın faciəsi də onlardan biridir. Bu hadisəni dünyaya hansı sözlə çatdırsaq belə bir şəklin yaratdığı effekt alınmayacaq. Ona görə də belə hallarda media istisnalara yol verməlidir. Söhbət günahsız körpəni hədəf alan müharibə cinayətindən gedirsə, əlbəttə ki, görüntülər təqdim edilməlidir. Özü də çılpaq şəkildə. Əks təqdirdə belə hallara kar və kor olmağı üstün tutan dünya gücləri səssiz qalmağa davam edəcəklər”.
Qeyd:  QHT-lər ingilis və fransız dillərinə tərcümə etdikləri müraciətləri aşağıdakı ünvanlara göndərsinlər:
- Avropa Şurası- [email protected]
- Avropa Şurası Parlament Assambleyası - [email protected]
- Avropa Komissiyası- [email protected] 
- Komissiyanın prezidenti - [email protected] 
- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - [email protected]
- ATƏT-in Parlament Assambleyası
- ATƏT PA-nın ofisi: [email protected]
- ATƏT PA-nın sədri: [email protected]
- ATƏT PA-nın vitse-prezidentləri: 
- NATO Baş Ofis- [email protected] 
- NATO Parlament Assambleyası - [email protected]

 




Ana səhifəyə qayıt        Baxış: 724          Tarix: 7-07-2017, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma