Xəbər lenti

Ermənistanlı qaydasız döyüşçü Eduard Vartanyan 44 günlük müharibə dövründə Azərbaycanın PUA-ları barədə etiraf edib.

O bildirib ki, Cəbrayılda bir tanışının dostu dördüncü müdafiə xəttində vuruşurdu.

“Cəmi 3 saat sonra onların 4-cü müdafiə xətti birinciyə çevrilmişdi. Daha əvvəl irəlidəki müdafiə xətlərində olanlar başlarını qaldıran kimi məhv edilmişdilər. 80 nəfərlik bölükdən cəmi 40 nəfər qalmışdı. Onların geri çəkildiyi zaman generallardan biri təcili tibbi yardım avtomobilini saxlayaraq, yaralı əsgəri bayıra çıxardıb və deyib ki, məni buradan aparın. Çünki dronlar və PUA-lar mülki obyektləri və sanitar maşınları vurmurdu”, – deyə o qeyd edib.

Qeyd edək ki, Rusiyada məşhur olan Eduard Vartanyan MMA turnirlərində ümumən 27 görüşdə iştirak edib.

//Müsavat 




Ana səhifəyə qayıt        Baxış: 3 564          Tarix: 16-09-2022, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma