Xəbər lenti

"Lukaşenko rejimi də bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur. BMT-nin insan hüquqları üzrə ali komissarı, avstriyalı hüquqşünas Volker Türk Belarusda insan haqlarının vəziyyətinə dair hesabat açıqlayıb". 

Musavat.com xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, hesabat 207 zərərçəkən və şahidlə müsahibələr, 2500-dən çox dəlil - video, foto, tibbi arayış və məhkəmə protokolları əsasında hazırlanıb:

"Hesabatda Belarusda insan haqları sahəsində beynəlxalq hüququn geniş yayılmış sistematik pozuntuları, o cümlədən qanunsuz olaraq həyatdan məhrumetmə, çoxsaylı özbaşına azadlıqdan məhrumetmə, işgəncə və amansız rəftar, seksual və gender zorakılığı halları, dinc toplaşmaq və birləşmək azadlığının pozulması faktları sənədləşdirilib. Bildirilir ki, bu halların bəziləri insanlığa qarşı cinayətə bərabər tutula bilər.

"Bizim hesabat Belarusda vətəndaş cəmiyyəti və əsas azadlıqların demək olar ki, tam məhvinin qəbuledilməz mənzərəsini təsvir edir", - deyə Volker Türk vurğulayıb. 17 mart 2023-cü ilə olan məlumata görə, Belarusda 1462 siyasi məhbus var.

Hesabatda BMT üzv dövlətlərinə çağırış var ki, eksterritorial və universal yurisdiksiyanın ümumi qəbul olunmuş prinsipləri çərçivəsində milli səviyyədə günahkarların cəzalandırılması məsələsinə baxsınlar. Yəni Lukaşenko və digər Belarus rəsmiləri haqqında bəzi dövlətlərin (aydındır ki, Qərb) məhkəmələri bu hesabat əsasında məhkumiyyət qərarları çıxara bilər".




Ana səhifəyə qayıt        Baxış: 3 739          Tarix: 20-03-2023, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma