Xəbər lenti

"Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər. Nə istəyirlər, etsinlər, o bayraqlar göylərə layiqdir".

Bunları "Report"a açıqlamasında Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş açılış mərasimində Azərbaycan bayrağının yandırılması barədə danışarkən deyib.

49 kq-da qitə çempionu olan ağırlıqqaldıran bildirib ki, qızıl medalı Azərbaycan idmançılarına həsr etmək şəxsi qərarı olub: "Yarışdan bir gün öncə yığmanızdan dostum, eyni zamanda rəqibim olan Nazilə İsmayılovaya və məşqçisinə söz verdim ki, himnimizi səsləndirəcəyəm. Sözümə əməl etdim".

O, Azərbaycan xalqını çox sevdiyini söyləyib: "İdmançılarınız Avropa çempionatını tərk etməsəydilər, arzum o idi ki, ilk 3 yeri türk və azərbaycanlı atletlər tutsunlar. Nazilənin medal qazanmasını çox istəyirdim. Məncə, qalıb yarışsaydı, bacara bilərdi".

Bektaş Azərbaycan yığmasının yarışdan imtina qərarına şərh vermək istəmədiyini əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 5 873          Tarix: 16-04-2023, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma