Xəbər lenti

İran Ermənistana “Shahed” kamikadze dronlarını satmağa hazırlaşır.

Bu iddia ilə Ermənistan mətbuatı və sosial şəbəkənin müvafiq seqmentində çoxsaylı çıxışlar olub.

İddiaya görə, Ermənistan KİV-ə məlumat İranın Müdafiə Nazirliyindəki mənbədən daxil olub.

Yayılan bu xəbərlərə İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani münasibət bildirib.

M. R. Aştiani vurğulayıb ki, İran müdafiə sektorunda əməkdaşlıqla bağlı müxtəlif ölkələrlə müzakirələr aparıb.

O, bu ölkələrin arasında Qətərin, Türkiyənin, Rusiyanın və Ermənistanın da olduğunu bildirsə də, əlavə edib ki, konkret “Shahed” kamikadze dronlarının Ermənistana satılması ilə bağlı İrəvanla heç bir müzakirə aparılmayıb.

Mənbə: “IRI2day” “Telegram” kanalı




Ana səhifəyə qayıt        Baxış: 5 837          Tarix: 15-03-2024, 18:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma