Xəbər lenti

Ukraynanın sabiq prezidenti Leonid Kuçma Rusiya prezidenti Vladimir Putinlə 2004-cü ildə Maydan hadisələri zamanı etdiyi müzakirələrdən bəhs edib.

Axar.az xəbər verir ki, Kuçma bu barədə BBC-yə müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, həmin söhbət onun fəaliyyəti zamanı ən çətin danışıqlardan biri olub:

"Putin "Narıncı inqilab" vaxtı mənə etirazları zorla

yatırmağı təklif etdi. Hətta bunun üçün saatlarla məni inandırmağa çalışdı. Mən isə bunu nə edə biləcəyimi, nə də etmək istədiyimi bildirdim”, - deyə Kuçma qeyd edib.

Müəllif: Ləman Cavadova




Ana səhifəyə qayıt        Baxış: 3 000          Tarix: Bu gün, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma