Xəbər lenti

Türkiyə Müdafiə Nazirliyi Gürcüstanda baş verən C-130 “Herkules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma tamamlanana qədər bütün C-130 tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırıldığını açıqlayıb.

Musavat.com-un məlumatına görə rəsmi məlumatda bildirilir ki, qərar ehtiyat tədbiri kimi qəbul edilib və araşdırmanın nəticələri əldə olunana qədər qüvvədə qalacaq.

Hadisə ilə bağlı istintaq davam edir, uçuşların bərpa tarixi hələlik açıqlanmayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 697          Tarix: Dünən, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma