Xəbər lenti
Bu gün, 10:20
Bu gün, 09:35
Dünən, 23:09
Dünən, 22:48
Dünən, 21:50
Dünən, 17:30
Dünən, 16:18
Dünən, 09:49
2-12-2024, 23:34
2-12-2024, 22:50
2-12-2024, 22:12
2-12-2024, 21:48
Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycan güləşçisi Rafiq Hüseynovun atası Radik Hüseynovun apasport.az saytına müsahibəsi
- Oğlunuzun Olimpiadada bürünc medal qazanması münasibətilə təbrik edirik. Hansı hissləri keçirirsiniz?
- Hansı hisslər olacaq? O dünyaya getdik, gəldik. Bürünc medal uğrunda görüşdə düşmən ölkənin idmançısı ilə çıxmışdı. İstər-istəməz narahat idik. Bu qələbəyə çox sevindik. Rafiqə halal olsun. Bütün qohumlar bizə yığışmışdı. Anası da özünü çox narahat hiss edirdi.
- Deyəsən rəqibin erməni Karapet Çalyan olması sizdə gərginliyi daha da artırmışdı...
- Elə əsas gərginliyi yaradan bu olmuşdu. Rafiq illərdir mötəbər yarışlarda iştirak edir. Həmişə həyəcan olub. Ailə, dostlar, yaxınlar həmişə birgə gözləmişik. Bu dəfə fərqli idi. Bizim üçün neçəqat çətin oldu. İlk hissədə hesabda geri düşməsinə baxmayaraq, qələbəsinə inamımızı itirmədik. İdmanda əsas yekun nəticədir. Kimin əli yuxarı qalxırsa qalib də odur.
- Rafiq bir gün əvvəl 1/4 final mərhələsində məğlub oldu. Mərhələ keçməsi üçün nə çatmadı?
- Çatmadı deyəndə, iki gecə yatmamışdı. Deyirdi ki, yata bilmirəm. Bir az da hakimlərin səhvi oldu, Rafiqə düzgün xal vermədilər. Uduzduğu görüşü hakimlər qərarları ilə heç elədilər. Yarımfinala çıxa bilməməsinin əsas səbəbi də bu oldu.
- Oğlunuz medal qazandıqdan sonra qələbəni sizə həsr etdiyini bildirdi. Yaponiyaya gedəndə bu barədə nəsə demişdi?
- Bəli, bunu mənə çoxdan demişdi. Çox sağ olsun. Demişdi ki, medalı sənə verəcəyəm.
- Özünüz də güləş müəllimisiniz. Digər övladlarınız da bu idman növü ilə məşğul olmasına baxmayaraq, yalnız Rafiq böyük yarışlarda uğurlar qazandı. Onun digərlərindən fərqi nə idi?
- Özünə həddən artıq çox inandı. Üç oğlum var. O birilər də yaşı idilər. Ancaq axıra qədər psixoloji mübarizəyə dözmədilər. Çünki güləşlə məşğul olan təkcə xalça üzərində yox, kənarda da mübarizə aparmalıdır. O biri övladlarıma kənardan psixoloji təsir göstərənlər, onları həvəsdən salanlar oldu.
- Övladınızı necə qarşılamağı planlaşdırırsınız?
- Bu barədə hələ fikirləşməmişik. Avqustun 12-də qayıdacaqlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar