Xəbər lenti

 Müstəqil Dövlətlər Birliyində (MDB) bu ilin əvvəlindən elan olunan “Ailə ili” ilə əlaqədar Tacikistan paytaxtı Düşənbədə “Ailə ocağı” adlı Forum keçirilib. Foruma Azərbaycan, Rusiya, Qırğızıstan, Belarus, Moldova, Ukrayna, Tacikistan və Ermənistan nümayəndə heyətləri qatılıb.
Ovqat.com Report-a istinadən xəbər verir ki, forumda Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərin təqdimatı olub. Həmçinin MDB məkanında fəaliyyət göstərən gənclər təşkilatları, assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılıb, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsindən bəhs olunub, demoqrafiya siyasəti nəzərdən keçirilib.
Forumda Ermənistan nümayəndə heyəti tərəfindən təxribata əl atılıb, nümayəndə heyətləri arasında narazılıq yaranıb və nəticədə Ermənistana rəsmi xəbərdarlıq edilib. Belə ki, Ermənistan nümayəndə heyəti Azərbaycanın Dağlıq Qarabağ adından gənclər təşkilatlarını separatçı rejim olan “respublika” adından təqdim ediblər. Azərbaycan nümayəndə heyəti buna etiraz edib. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması xatırladılıb və bu təmsilçiliyin forumdan dərhal yığışdırılması tələb olunub. Separatçı rejimin təqdimatı forumdan yığışdırılıb və ermənilərə xəbərdarlıq edilib.
Forum çərçivəsində Azərbaycanın mədəniyyət gecəsi keçirilib. Azərbaycan mədəniyyətinə, tarixinə, milli mətbəxinə, geyimlərinə, musiqisinə dair məlumatlar təqdim edilib.
Sonda Azərbaycan nümayəndə heyətinə Forumda fəal iştirakına görə təşəkkür elan edilib.
 Görüş zamanı Düşənbədə dahi şair Nizami Gəncəvinin abidəsinin qoyulması, görkəmli mütəfəkkirin adına Mərkəzin yaradılması təklifi də irəli sürülüb.




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 1-05-2017, 20:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma