Xəbər lenti

 

Dövlət Turizm Agentliyi İranda yayılan koronavirusun Azərbaycanın turizm bazarına təsiri ilə bağlı məsələyə münasibət bildirib.

DTA-nın mətbuat katibi Kənan Quluzadə Oxu.Az-a açıqlamasında bildirib ki, koronovirusla bağlı dünya turizm bazarındakı qlobal böhran Azərbaycanın turizm bazarına da təsir göstərə bilər:

“Agentliyin turizmlə bağlı verdiyi proqnozlar iki faktordan asılıdır. Bu, dünyada baş verən qlobal vəziyyətdən və Azərbaycanın sərhəd-keçid məntəqələrinə cavabdeh olan dövlət qurumlarının qərarlarından asılıdır.

Biz taktiki gedişlərimizi digər dövlət strukturlarının qərarları ilə uyğunlaşdırırıq. Ümid edirik ki, yaxın vaxtlarda dünyada qlobal vəziyyət dəyişəcək, dünya turizmi normal vəziyyətinə qayıdacaq”.




Ana səhifəyə qayıt        Baxış: 580          Tarix: 24-02-2020, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma