
Xəbər lenti
Bu gün, 12:28
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37

Azərbaycan Mərkəzi Bankı dekabrın 7-də ABŞ dollarının məzənnəsini 1,7 manat saxlayıb, bununla qiymət sabitliyinin 3 il 9 ayı tamam olub.
2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal məzənnə qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 4 milyard 845,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, 2016-cı ildə Dövlət Neft Fondundan 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar alınıb.
Mərkəzi Bankın rəsmi hesabatına görə, dekabrın 1-nə valyuta ehtiyatının həcmi 7 milyard 18,7 milyon dollar olub. 2021-ci il 6 milyard 369,4 milyon dollarla başlamışdı.
2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, ilin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.
2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilin əvvəlinə 6 milyard 258 milyon dollar həcmində rəsmiləşib.
novator.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər