Xəbər lenti

 

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Ovqat.com report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Dubay bazarı" deyilən ərazisində qeydə alınıb.  
Belə ki, 1993-cü il təvəllüdlü Sahil Eynulla oğlu Rəsulov və 1984-cü il təvəllüdlü Cavid adlı şəxs bıçaqlanıb. 

Hadisə qız üstündə yaranmış mübahisə zəminində baş verib. Belə ki, hələlik kimlikləri məlum olmayan üç nəfər şəxs yoldan keçən qıza baxdıqları üçün onlarla mübahisə edib. Daha sonra Sahili bel nahiyəsindən, Cavidi isə qarın boşluğundan bıçaqlayaraq hadisə yerindən qaçıblar. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunurlar. Hazırda Cavidin vəziyyətinin ağır, digərinkinin isə orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 850          Tarix: 26-09-2017, 19:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma