Xəbər lenti

 

Türkiyənin Kocaəli şəhərində ailə münaqişəsi zəmnində qətl hadisəsi baş verib.

33 yaşlı Pınar Sayqılı əri tərəfindən qətlə yetirilib.

Məlumata görə, hadisə Ərəbçeşmə məhəlləsində qeydə alınıb. İddialara görə, evi tərk edən qadın evli əmisi oğlu ilə eşq münasibətləri yaşamağa başlayıb. Bundan xəbər tutan qadının 44 yaşlı həyat yoldaşı E.S. onu getdiyi evin qarşısında odlu silahla güllələyib.

Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.\\Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 878          Tarix: 15-10-2017, 23:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma