Xəbər lenti
7-07-2020, 11:23
7-07-2020, 11:05

 

Tərtər rayonunda ərin öz həyat yoldaşını qətlə yetirməsinin təfərrüatı məlum olub.

Ovqat.com report.az-a istinadən bildirir ki, qətlə yetirilən Rufanə Cəfərlinin atası Müzəffər Cəfərov deyib ki, qızı 1993-cü il təvvəlüdlü R.Hüseynova həyat yoldaşı Emin Hüseynovla Bakıda universitetdə təhsil alarkən tanış olublar.

Onun sözlərinə görə, qızı 3 il əvvəl ailə qurub və Bakıda yaşayıb:
"Qızımla həyat yoldaşı Emin Hüseynov arasında dəfələrlə münaqişə olub. Bu səbəbdən qızım azyaşlı övladını da götürüb bir neçə ay əvvəl bizə gəlmişdi. Bu müddət ərzində həyat yoldaşının təhqirlərinə məruz qalıb. İki ay əvvəl həyat yoldaşı evimizə silahlı basqın da edib".
M.Cəfərov bildirib ki, E.Hüseynov oktyabrın 20-də saat 10-11 radələrində 3 nəfərlə kəndə gələrək həyat yoldaşını və övladını evinə aparmaq istəyib: "Qızı Rufanə buna qarşı çıxıb. Emin cibindən bıçaq çıxararaq Rufanəyə azyaşlı oğlu Mehman Hüseynov və anası Vəsilə Əliyevanın gözləri qarşısında 8 bıçaq zərbəsi vurub. Qızım hadisə yerində ölüb".




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 21-10-2017, 18:22      


Paylaş:   

Ən çox oxunanlar