Xəbər lenti

 

Bakıda yük maşını minik avtomobili ilə toqquşub. 

Hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. 

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır. 

Faktla bağlı araşdırma aparılır. \\Report




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 5-12-2017, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma