Xəbər lenti

 

Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev polislər tərəfindən saxlanılıb.

Polis İdarəsində onun üzərinə baxış zamanı narkotik maddə hesab edilən heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı əlavə olaraq ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkotik vasitə heroin və qurdulmuş marixuana aşkar edilib. Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 150 qram heroin və 7 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Hər 3 faktla bağlı araşdırma davam edir.




Ana səhifəyə qayıt        Baxış: 1 090          Tarix: 9-12-2017, 20:14      


Paylaş: