Xəbər lenti

 İran vətəndaşının üzərindən tapılan narkotik vasitə müsadirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin vətəndaşın pencəyinin cibində sellofan paketdə 16 ədəd metadon adlı həb, corabının içərisində isə bir ədəd bükümdə, xalis çəkisi 9,715 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına daxildir və aşkarlanan 16 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 8-05-2017, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma