Xəbər lenti

 Qaxda həmyerlilərinə borcu olan  47 yaşlı kişinin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalovun meyiti mayın 8-də axşam saatlarında kəndin yaxınlığındakı meşəlik ərazidə ağacdan asılı vəziyyətdə aşkar olunub. 

 Aparılan araşdırma zamanı məlum olub ki, iki həftə əvvəl Rusiyadan qayıdan Şamil Şamxalov özünü asaraq intihar edib.

 Şamil Şamxalovun intihar edən zaman sərxoş vəziyyətdə olduğu və onun üzərindən tapılan  məktubda bir neçə rayon sakininə xeyli miqdarda pul borcu olduğu qeyd olunub.
 Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 966          Tarix: 9-05-2017, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma